Elman Məmmədov: Bu sərəncam Prezidentin məcburi köçkünlərə olan qayğısının təzahürüdür

Elman Məmmədov: Bu sərəncam Prezidentin məcburi köçkünlərə olan qayğısının təzahürüdür
15:48 16 Yanvar 2016
30 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Ümummilli lider Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə olan diqqət və qayğısı bu gün də Prezident İlham Əliyev tərəfindən çox yüksək səviyyədə davam etdirilir.

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Məmmədov Prezident İlham Əliyevin məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncamına münasibət bildirərkən deyib.

E.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev hər zaman Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın bir nömrəli problemi olduğunu bəyan edir: “Eyni zamanda, Dağlıq Qarabağ problemi nəticəsində qaçqın və məcburi köçkün olan insanlar da daim dövlət başçısının diqqətindədir. Bu gün imzalanan sərəncam həmin diqqət və qayğını bir daha təsdiq edir”.

E.Məmmədov bildirib ki, neftin qiymətinin ucuzlaşması və manatın devalvasiyasına baxmayaraq, 2016-cı ilin dövlət büdcəsində qaçqın və məcburi köçkünlərə ayrılan vəsaitin məbləğində heç bir dəyişiklik olmadı, hətta artım oldu: “Bu, bir daha Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə olan diqqət və qayğısıdır. Bu, eyni zamanda, Dağlıq Qarabağ məsələsinə olan diqqətdir. Bu, ümumilikdə dövlətimizin insanlara olan qayğısının təzahürüdür”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2481381.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR