Bakı, 16 yanvar, AZƏRTAC
Qeyri-leqal miqrasiya məqsədilə sərhədlərimizin pozulması hallarının qarşısının alınması istiqamətində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən tədbirlər uğurla həyata keçirilir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 15-də saat 2:30 radələrində Yardımlı rayonunun Deman kəndi ərazisindəki zastavanın xidməti sahəsində alınmış əməliyyat məlumatı əsasında həyata keçirilən tədbirlər nəticəsində dövlət sərhədindən qeyri-qanuni yolla İran İslam Respublikasına keçməyə cəhd göstərən 9 nəfər Banqladeş Xalq Respublikası və bir nəfər Hindistan vətəndaşı saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.