Tolik: "Qarşımı kəsib söydü"

Tolik: "Qarşımı kəsib söydü"
16:02 16 Yanvar 2016
63 Şou
Ölkə mətbuatı
A- A+

"Məni söyən adamdan polisə şikayət etdim".

Axar.az xəbər verir ki, bu sözləri tanınmış prodüser Tolik "Bizimləsən" verilişində başına gələn hadisə haqda danışarkən deyib. O, insanları polislə əməkdaşlıq etməyə səsləyib:
 
"Bir dəfə yolla gedəndə tanımadığım maşın qarşımı kəsdi, adam düşüb məni söydü. Çox pis olmuşdum. Maşınımı kənara verib, o avtomobilin nömrəsini yadımda saxladım, polisə şikayət etdim.
 
Səhəri gün onu polis idarəsinə gətiriblər. Həmin insanın valideynləri məndən üzr istədilər. Əgər desəydim ki, polisə getməyim, onu özüm cəzalandırım, yanlış olardı. Onu vursaydım, özüm cinayət törətmiş olardım".


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/398575.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR