Gömrükçülər gömrük ödənişlərindən yayınma hallarının qarşısını alıb

Gömrükçülər gömrük ödənişlərindən yayınma hallarının qarşısını alıb
16:03 16 Yanvar 2016
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
Tovuz Gömrük İdarəsinin əməkdaşları gömrük ödənişlərindən yayınma hallarının qarşısını alıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin əməkdaşları Azərbaycan Respublikası vətəndaşları Əzimov Əli Çingiz oğlu və Nəmətov Ağaməmməd Mirzə oğlunun idarə etdikləri 50 ZA 046 və 50 AD 268 dövlət nömrə nişanlı yük avtomobilləri ilə Belçikadan “AMO” MMC adına gələn 43 ton 824 kiloqram armud yüklərinin müvafiq müşayiətedici sənədlərinə baxış keçirib. Yoxlama zamanı sənədlərdə yükün dəyərinin həddindən artıq aşağı göstərildiyi məlum olub. Buna görə də avtomobillər araşdırma aparılması üçün idarənin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı DGK İstintaq İdarəsində müvafiq araşdırma aparılır.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gomrukchuler_gomruk_odenislerinden_yayinma_hallarinin_qarsisini_alib-919051

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR