Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Nar” beynəlxalq innovasiya müsabiqəsinin tərəfdaşıdır

“Nar” beynəlxalq innovasiya müsabiqəsinin tərəfdaşıdır

Date: 16 January 2016 16:08


Bakı, 16 yanvar, AZƏRTAC
Təhsil Nazirliyi, “Microsoft Azerbaijan”, “Nar” mobil operatoru və Yüksək Texnologiyalar Parkı tərəfindən dəstəklənən “Microsoft Imagine Cup” müsabiqəsi üzrə hazırlıq işlərinə başlanılıb.
Mobil operatordan AZƏRTAC-a bildirilib ki, bu məqsədlə komandaların iştirakı ilə keçirilən görüşdə yarışmanın əsas şərtləri bir daha qeyd edilib, tələbələrə faydalı məsləhətlər verilib, suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.
Milli seçim turuna 11 universiteti təmsil edən 20-dən çox komanda qatılıb. Bu komandalar üç kateqoriya üzrə – “İnnovasiya”, “Dünya vətəndaşlığı” və “Oyunlar” nominasiyaları üzrə yarışacaqlar. Müsabiqədə iştirak etmək üçün “Microsoft” platforması üzərində innovativ proqram layihəsi, müasir dövrün problemlərini həll edən tətbiqin prototipi və ya orijinal oyun hazırlamaq təklif olunub.
Qeyd edək ki, milli turun finalı aprelin ortalarında keçiriləcək. Nəticədə 3 qalib komanda elan olunacaq. Milli seçim turunun hər bir nominasiyasının qalibi qiymətli hədiyyələrlə təltif olunacaq və ikinci turda – aprel ayının sonunda onlayn rejimdə keçiriləcək beynəlxalq yarımfinalda iştirak etmək şansını əldə edəcək.
 


Tags:  Nar beynəlxalq innovasiya müsabiqəsinin tərəfdaşıdır


RƏYLƏR


Top news