"İmamzadə" indi belədir

"İmamzadə" indi belədir
16:12 16 Yanvar 2016
45 Digər
Ölkə mətbuatı
A- A+

"İmamzadə" dini memarlıq kompleksi yaxın günlərdə ziyarətçilərin istifadəsinə veriləcək.

Prezident İlham Əliyevin sərəncamına əsasən yenidən bərpa edilən "İmamzadə" dini memarlıq kompleksində aparılan işlər yaxın günlərdə başa çatdırılacaq. Kəpəz TV (Region TV) xəbər verir ki, nəzərdə tutulan işlərin, demək olar ki, 95 faizi yekunlaşıb.  Dini kompleksə daxil olan ziyarətgah, ehsangah, namazgah, məscid və mehmanxana hazırdır. Artıq işlər yalnız həyətyanı sahənin təmizlənməsi istiqamətində aparılır. Qeyd edək ki, kompleksin girişində ümumi arxitektur görünüşə uyğun olaraq giriş qapısı inşa edilib. Gəncə çayı üzərində yeni körpü salınıb, yollar genişləndirilərək yenidən qurulub və müasir işıqlandırma sistemi ilə təchiz edilib. Ətraf ərazilər abadlaşdırılıb və 5 mindən artıq müxtəlif növ ağac əkilib.

Rafiq Mehrəliyev - baş mühəndis: "Gəncə İmamzadə dini ziyarətgahında işlər tamamlanmaq üzrədir. Artıq son tamamlama işləri gedir. Hər şey nəzərdə tutulduğu kimi öz qaydasındadır. Ziyarətgah yaxın vaxtlarda xalqın ixtiyarına veriləcək".
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/398580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR