​Rusiya fond birjası indeksi kəskin azalıb

16:17 16 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, bununla da RTS indeksi 2014-cü il dekabr ayından etibarən ən minimal səviyyəyə enib.
Qeyd edək ki, həmin dövrdə RTS indeksi 578,21 bəndə qədər enmişdi. RTS indeksinin kəskin azalması neftin bir barelinin qiymətinin 30 dollardan aşağı düşməsi ilə bağlıdır. RTS indeksi 2009-cu ilin yanvar ayında neft qiymətlərinin azalması fonunda 492,59 bəndə endikdən sonra 1641,64 bənd və ya 3,33 dəfə artaraq 2011-ci aprel ayında 2134,23 bəndə yüksəlib. Yüksəlişə, neft qiymətlərinin artması səbəb olub.
"Report"un analitik qrupu hesab edir ki, RTS indeksi yenidən 25% və ya 160 bənd azalaraq 500 bəndindən də aşağı düşüb 492 bənd səviyyəsinə qədər enə bilər. Buna səbəb qarşıdakı müddətdə neft qiymətlərinin aşağı istiqamətli trendinin davam etdirməsi göstərilir.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/rusiya-fond-birjasi-indeksi-keskin-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR