“Qala” qoruğunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

16:18 16 Yanvar 2016
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) nümayəndələri, “Qala” qoruğunun əməkdaşları, həmçinin ictimaiyyət nümayəndələri iştirak edib.
“İçərişəhər” DTMQİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə 20 Yanvar faciəsi zamanı şəhid olan qəhrəman həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra tariximizin qanlı yaddaşında həmişəlik yer tutan bu faciə barəsində iştirakçılar xatirələrini və fikirlərini bölüşüb, şeirlər səsləndirilib.
Çıxış edənlər 20 Yanvar faciəsində Azərbaycan xalqının göstərdiyi birliyi, qəhrəmanlığı, şücaəti qeyd edərək bu tarixin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini vurğulayıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qala_qorugunda_20_Yanvar_faciesi_qurbanlarinin_xatiresi_anilib-919056

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR