Azərbaycanda özünəxidmət terminallarında istilik üçün ödənişlər etmək mümkündür

Azərbaycanda özünəxidmət terminallarında istilik üçün ödənişlər etmək mümkündür
16:23 16 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Hüseyn Vəliyev - Trend:

“Azəristiliktəchizat” SC-nin göstərdiyi xidmətlərə görə ödənişləri artıq MilliÖN ödəmə terminallarında etmək mümkün olacaq. Bu barədə Trend-ə Komtec-dən (MilliÖN ödəmə terminallarının quraşdırılması və servis dəstəyi üzrə texniki mərkəz) bildiriblər.

Ödəmə "Kommunal ödəmələr" bölməsində aparılacaq. Ödəmə aparmaq üçün abonent kodu qeyd edilməlidir. "Ödəmə" bölməsində kod qeyd edildikdən sonra ad, soyad, ünvan və abonentin borcu göstərilməlidir.

Ödəmə terminallarında həmçinin, “Azəristiliktəchizat” SC-nin iki xidməti üzrə (istilik və isti su) ödəmə aparmaq mümkündür.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2481256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR