Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Çörək istehsalına nəzarət gücləndirilib

Çörək istehsalına nəzarət gücləndirilib

Date: 16 January 2016 16:27

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Yevlaxdakı "Ruzi" çörək istehsalı müəssisəsində çörəyin çəkisinə ciddi nəzarət olunur. Müəssisənin rəhbəri Etibar Kərimov bildirir ki, hazırda burada gündəlik bir ton yarım məhsul istehsal olunur. Sahibkar çörək istehsalı ilə bağlı yeni qəbul edilmiş standartın müsbət nəticə verəcəyini deyir.

"Bizim çoxdan gözlədiyimiz müvafiq qərar axır ki, qəbul olundu və bu hər bir çörək istehsalçısının çoxdan gözlədiyi bir qərar idi ki, standart dəqiqliklə müəyyənləşdirdi ki, bu çörəyin çəkisi 500 qram olmalıdır, satışı da 30 qəpik olmalıdır. Bu bizim çoxdan gözlədiyimiz bir qərar idi", - deyə "Ruzi" çörək istehsalı müəssisəsinin rəhbəri Etibar Kərimov bildirib.

Müəssisə rəhbərinin sözlərinə görə, bu günə qədər standarta cavab verməyən çörək məhsullarının artması onların da işində maneələr yaradıb. Ancaq indi hesab olunur ki, yeni qərar çörəyin keyfiyyətini artırmaqla yanaşı, istehsal gücünü də artırmağa şərait yaradacaq. Bildirək ki, bu müəssisənin çörək məhsulları Yevlax və ətraf rayonlarda da satışa çıxarılır.

Milli.Az


Tags:  Çörək istehsalına nəzarət gücləndirilib


RƏYLƏR


Top news