Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazirlik: Azərbaycanda un və çörək qonşu ölkələrdən ucuzdur

Nazirlik: Azərbaycanda un və çörək qonşu ölkələrdən ucuzdur

Date: 16 January 2016 16:43

Bakı. Trend:

Azərbaycanda un və çörək qonşu ölkələrdən ucuzdur.

Bunu Trend-ə İqtisadiyyat və Sənaye Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər.

Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı yanvarın 15-dən etibarən əlavə dəyər vergisindən azad olunub.

Bunun nəticəsi olaraq, hazırda 50 kiloqramlıq 1 kisə əla növ buğda ununun pərakəndə satış qiyməti ölkə ərazisində 23-24 manatadək enib.

Qeyd edək ki, unun yeni qiymətləri qonşu ölkələrdəkindən xeyli aşağıdır. Müqayisə üçün, Gürcüstanda 50 kiloqramlıq 1 kisə əla növ buğda ununun pərakəndə satış qiyməti 31-32 manat, Türkiyədə 30-33 manat arasındadır. Çörəyin qiymətinə gəlincə isə, Azərbaycanda hazırda əla növ buğda unundan bişiriimiş 500 qramlıq çörəyin pərakəndə satış qiyməti 30 qəpik təşkil edir. Əla növ buğda unundan bişirilmiş çörəyin 500 qramının pərakəndə satış qiyməti Gürcüstanda 50-70 qəpik, Türkiyədə 1.10-1.20 manat, Rusiyada 60-80 qəpik arasında dəyişir.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Nazirlik Azərbaycanda un çörək qonşu ölkələrdən ucuzdur

RƏYLƏR


Top news