Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Naxçıvan şəhər açıq birinciliyində 80-dən çox idmançı mübarizə aparıb

Naxçıvan şəhər açıq birinciliyində 80-dən çox idmançı mübarizə aparıb

Date: 16 January 2016 17:03


Naxçıvan, 16 yanvar, AZƏRTAC
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən karate-do üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 80-dən çox idmançı mübarizə aparıb. Çəkisiz olaraq 5 yaş qrupu üzrə təşkil edilən yarış beynəlxalq qaydalar əsasında keçirilib.
Yekun nəticəyə görə, 8-9 yaş qrupunda Seyran Quluzadə, 10-11 yaş qrupunda Vüsal Seyidov, 12-13 yaş qrupunda Murad Həsənəliyev, 14-15 yaş qrupunda Sərcan Məmmədov və 16-17 yaş qrupunda Abbas Qasımov bütün görüşləri qalib kimi başa vuraraq, birincilikdə ən yüksək zirvəni fəth ediblər.
Sonda ilk 3 pillədə qərarlaşan idmançılar diplomlarla təltif olunublar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 90 illiyinə həsr edilmiş birinciliyi keçirməkdə məqsəd karate-do idman növünü yeniyetmə və gənclər arasında təbliğ etmək, muxtar respublikada fəaliyyət göstərən və federasiyanın tərkibində olan klubların işini gücləndirməkdən ibarətdir.


Tags:  Naxçıvan şəhər açıq birinciliyində 80-dən çox idmançı mübarizə aparıb



RƏYLƏR


Top news