Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yol-nəqliyyat hadisələrində ölən və xəsarət alanların sayı açıqlanıb

Yol-nəqliyyat hadisələrində ölən və xəsarət alanların sayı açıqlanıb

Date: 16 January 2016 17:04

Ötən il Azərbaycanda 2220 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 894 nəfər həlak olub, 2265 nəfər yaralanıb.

 

APA-nın məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov idarədə keçirilən geniş əməliyyat müşavirəsində bildirib. O qeyd edib ki, ötən il həyata keçirilmiş tədbirlər, o cümlədən yol hərəkəti əleyhinə olan inzabati xətaların qarşısının alınması işinin gücləndirilməsi, bu sahədə, bir tərəfdən vətəndaşların maarifləndirilməsi nəticəsində onlarda qanuna hörmət hissinin daha da artması, digər tərəfdən, inzibati məsuliyyət tədbirlərinin təkmilləşdirilməsi öz müsbət nəticələrini verib. Ümumilikdə yol-nəqliyyat hadisələrinin, eləcə də qəzalarda həlak olan və yaralananların sayında nəzərəçarpacaq azalma qeydə alınıb. Belə ki, ötən il ərzində respublika ərazisində 2220 yol-nəqliyyat hadisəsi (YNH) qeydə alınıb, nəticədə 894 nəfər həlak olub, 2265 nəfər yaralanıb. 2014-cü illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 15,7 faiz, həlak olanların sayı 20,5 faiz, yaralananların sayı isə 15,4 faiz azalıb.

 

Bildirilib ki, respublika üzrə qeydə alınmış YNH-lərin 94,5 faizi (2098) sürücülərin yol hərəkəti qaydalarını pozmaları, o cümlədən 36,9 faizi (821) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 27,4 faizi (609) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 9,5 faizi (212) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,4 faizi (53) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Hadisələrin 41,6 faizini (923) piyadaların vurulması təşkil edib, nəticədə 333 piyada həlak olub, 673-ü yaralanıb. Piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində 65 yol-nəqliyyat hadisəsi baş verib.

 


Tags:  Yol-nəqliyyat hadisələrində ölən xəsarət alanların sayı açıqlanıb

RƏYLƏR


Top news