Qadının mağazasını soyanlar tutuldular

Qadının mağazasını soyanlar tutuldular
17:05 16 Yanvar 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Füzuli rayonunda mağazadan oğurluq edən şəxslər saxlanılıblar. Rayon polis şöbəsindən verilən məlumata görə, oğurluq hadisəsi ötən il dekabrın 30-da 8-ci Qayıdış qəsəbəsində məskunlaşan Adilə Əli qızı Məmmədovaya məxsus mağazada baş verib. Həmin vaxt qapı və pəncərəni sındıraraq içəri daxil olan oğrular oradan müxtəlif növ siqaretlər, 250 manat dəyərində telefon danışıq kartları və 30 manat məbləğində pul oğurlayıblar. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 8-ci Qayıdış qəsəbə sakini, 1993-cü il təvəllüdlü Pərvin İdris oğlu Ağayev və 11-ci Qayıdış qəsəbə sakini Əfsər Saleh oğlu Məmmədov şübhəli şəxs qismində saxlanılıblar. İlkin dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq əməlini etiraf ediblər. Faktla bağlı Füzuli Rayon Polis Şöbəsinin istintaq bölməsi tərəfindən cinayət işi açılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/398592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR