"Qazprom"un əleyhinə qalxdılar

"Qazprom"un əleyhinə qalxdılar
17:05 16 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın bir neçə qeyri-hökumət təşkilatının iştirakı ilə bu gün Tbilisidə "Qazprom" əleyhinə aksiya keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Sputnik-də məlumat yayılıb.

Gürcüstanın energetika naziri Kaxi Kaladze ilə "Qazprom"un idarə heyətinin sədri Aleksey Miller arasında aparılan danışıqlar Gürcüstanda ajiotaj yaradib.

Gürcüstan müxalifəti, xüsusilə də "Milli Birlik Hərəkatı" nümayəndələri bu addımı tənqidlə qarşılayıblar. Ekspertlərin fikrincə isə bu, Gürcüstanın enerji sərbəstliyini təhlükə altına alır.

Xatırladaq ki, Gürcüstanın əsas qaz tədarükçüsü Azərbaycandır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398591.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR