"Özümdən zövq alıram" - əməkdar artist

"Özümdən zövq alıram" -  əməkdar artist
17:11 16 Yanvar 2016
78 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Əkbər Əlizadə geyim tərzindən danışıb.

Axşam.az-ın məlumatına görə, aktyor "Yeri gəlmişkən" verilişində zövqlü olmağa çalışdığını bildirib:

"Evdən çıxmazdan əvvəl saatlarla güzgü qabağında dayanıram. Zövq insanın daxilindən gəlməlidir. Qüsurlarımı tez görürəm. Mən özümdən zövq alıram. Qızım deyir ki, "Ata, özünə çox bəzək-düzək vermə". Deyirəm "Niyə? İstəmirsən atan üçün desinlər yaraşıqlıdır?". Cavab verdi ki, "Sonra elə bilərlər pulumuz çoxdur". Özümü yaxşı hiss etməsəm, evdən çıxmaram. Bir balaca qüsura belə narahat ola bilərəm. Hər şey əndazəsində olmalıdır. Yaraşmayan nəyisə geyinməyi özümə rəva bilmirəm. Birdən deyirlər ki, saç formanı dəyiş, cırıq cins geyin. Razılaşmıram... Olan hörmətimi yerə vura bilmərəm".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44394

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR