"Zadəganlar"ı uçurumdan 6 pillə ayırır

"Zadəganlar"ı uçurumdan 6 pillə ayırır
17:12 16 Yanvar 2016
59 İdman
Ölkə mətbuatı
A- A+

"Chelsea"nin baş məşqçisi Quus Hiddink komandanın turnir cədvəlindəki mövqeyilə bağlı fikirlərini bildirib. Goal.az xəbər verir ki, holland mütəxəssis komandanın aşağı diviziona yuvarlanmaq imkanını istisna etməyib.

""Chelsea"nin Championship-ə düşmə təhlükəsi realdır. Qarşıda iki çətin oyunumuz var. Turnir cədvəlinin 4-cü pilləsində olan "Tottenham"dən 12 xal geri qalırıq. Əlbəttə, irəli baxıb turnir cədvəlinin üstü pillələri ilə xal fərqini aradan qaldırmaq istəyirik. Amma reallıqla əlaqəni itirmək olmaz. Düşmə zonasından bizi yalnız 6 xal ayırır. Səylə çalışıb konsentrasiyanı saxlamalıyıq", - Hiddink deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/398593.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR