Yasamalda dəm qazı faciəsi: 1 nəfər öldü, 2 nəfər ağır vəziyyətdə

Yasamalda dəm qazı faciəsi: 1 nəfər öldü, 2 nəfər ağır vəziyyətdə
17:14 16 Yanvar 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Yasamal rayonunda mənzildə 3 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirmiş və zərərçəkmişləri huşsuz vəziyyətdə aşkar edib. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı onlardan birinin dəm qazından zəhərlənərək vəfat etdiyi və digər 2 nəfərin vəziyyətinin ağır olduğu müəyyən olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228979

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR