Tovuzda 2 körpə qaynar suda yandı

Tovuzda 2 körpə qaynar suda yandı
17:16 16 Yanvar 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuzda iki uşağın yanması ilə bağlı bədbəxt hadisələr qeydə alınıb.

Tovuz rayon Mərkəzi Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, ardıcıl olaraq iki azyaşlı uşaq yanıq xəsarətləri ilə tibb müəssisəsinə gətirilib.

Onlardan biri Yuxarı Öysüzlü kənd sakini 2014-cü il təvəllüdlü Abdullayev Nazim Ehtiram oğludur. Tovuz rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinin rəhbəri Tural Əhmədovun verdiyi məlumata görə, 1 yaşlı uşağın ehtiyatsızlıq nəticəsində qaynar suyu üzərinə aşırması nəticəsində onun üz, boyun, sinə nahiyəsi yanıb.

“Nazim Abdullayev hazırda bədənin 5 faiz hissəsinin 2-ci dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirib, müalicəsi davam etdirlir. İndi körpənin vəziyyətini yaxşı qiymətləndirmək olar”- deyə Tural Əhmədov bildirdi.




Tovuzun Qovlar şəhərindən olan digər yanıq xəsarəti alan körpə isə 2015-ci il təvəllüdlü Əsgərov Amil Rəhman oğludur. 10 aylıq körpə də qaynar suyun üstünə tökülməsi səbəbindən yanıb. Qaynar su onun bel və ayaq nahiyəsinə tökülüb.

Bədənin 6 faizinin 2-ci dərəcəli yanığı diaqnozu qoyulan uşağın vəziyyətini həkimlər yaxşı hesab edir. Həkimlər ehtiyatsızlıq üzündən azyaşlı uşaqların yanması səbəbindən xəstəxanaya ay ərzində ən azı 2-3 müraciətin edildiyini bildirir.

2015-ci ilin oktyabr ayında da Tovuz Rayon Mərkəzi Xəstəxanasına 3 yaşlı qız yanıq xəsarətləri ilə gətirilmişdi. Rayonun Alakol kənd sakini 2012-ci il təvəllüdlü Zəhra İlkin qızı Abbasova evdə qaynar su ilə dolu olan qabı üzərinə aşırması səbəbindən yanmışdı.

Azyaşlıların başına gələn bədbəxt hadisələrə nəzər saldıqda, özbaşına qalan balacaların bir çox hallarda üzərlərinə qaynar maye tökərək və ya qaynar qazana düşərək yandırması halları üstünlük təşkil edir. Hündürlükdən yıxılma, suya və ya hər hansı dərin quyuya düşmə, üzərinə hansısa ağır əşya aşırtma kimi bədbəxt hadisələr də əksər vaxtlarda azyaşlıların valideyn nəzarətindən kənar qalması ucbatından baş verir. Odur ki, körpə uşaq olan hər bir evdə valideynlər, eləcə də digər böyüklərin diqqəti daim onların üzərində olmalıdır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369895

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR