Neftin aşağı qiymətləri 380 milyard dollarlıq layihələrin dayandırılmasına səbəb olub

Neftin aşağı qiymətləri 380 milyard dollarlıq layihələrin dayandırılmasına səbəb olub
17:18 16 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, Nihad Budaqov, AZƏRTAC
Neftin qiymətlərinin ucuzlaşmasından mənfi təsirə məruz qalmış beynəlxalq enerji şirkətləri bu vaxtadək ümumilikdə 380 milyard dollar dəyərindəki layihələrini təxirə salmaq qərarına gəliblər.
AZƏRTAC xəbər verir ki, mərkəzi ofisi Şotlandiyada yerləşən araşdırma və məsləhət şirkəti “Wood Mackenzie” tərəfindən edilən şərhdə 2015-ci ilin ikinci yarısında 7 milyard barrel xam neft hasilatına bərabər olan 22 neft layihəsinin təxirə salındığı bildirilir. Həmin dövrə qədər isə ümumilikdə 20 milyard barrelə bərabər olan 46 neft layihəsi təxirə salınmışdı. Cəmi 27 milyard barrel xam neftə bərabər olan 68 neft layihəsinin ümumi investisiya dəyəri isə 380 milyard dollar həcmində olub. Bu investisiyaların 170 milyard dollarlıq hissəsinin 2016-2020-ci illərdə reallaşdırılması nəzərdə tutulurdu.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Neftin_asagi_qiymetleri_380_milyard_dollarliq_layihelerin_dayandirilmasina_sebeb_olub-919088

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR