Gəncə Teatrı iki ölkədən dəvət alıb

Gəncə Teatrı iki ölkədən dəvət alıb
17:22 16 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi 2 festivala dəvət alıb.

Kəpəz TV (Region TV) xəbər verir ki, kollektiv aprel ayında Türkiyədə, mayda isə Ukraynada çıxış edəcək. 

Gəncə Dövlət Dram Teatrının aktyor heyəti aprelin 20-30-na kimi Türkiyənin Konya şəhərində keçiriləcək 9-cu "Min nəfəs, bir səs" adlı beynəlxalq festivalda iştirak edəcək. Kollektiv Vaqif Şərifovun quruluşunda  Elçinin "Qatil" və Elşad Əhmədovun hazırladığı Turqay Narın "Şəhrizadın oyunu" tamaşalarını nümayiş etdirəcək. May ayının 23-də isə aktyorlar Ukraynanın Dneprodzerjinsk şəhərində "Klassika bu gün" adlı festivala teatrın baş rejissoru İradə Gözəlovanın quruluşunda hazırlanan Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" tamaşası ilə qatılacaqlar. Bu festivala Azərbaycan teatrlarından yalnız Gəncə Dövlət Dram Teatrının kollektivi dəvət alıb. 

Əli Qasımov - Gəncə Dövlət Dram Teatrının direktoru: "Bu gün dünya teatrlarında gedən proseslər, eləcə də teatr truppaları nələri təqdim etmək istəyir? Bu baxımdan teatrın yaradıcı heyəti çox şeyləri öyrənir. Başqa ölkələrdən rejissorlar dəvət etmək istəyirik. Eyni zamanda, bizim rejissorun özü bir çox ölkələrdə tamaşalara quruluş verib. Bu əlaqələrimiz inkişaf etməkdədir. Ola bilsin ki, hansısa teatrdan aktyor da dəvət edək. Biz bu işləri müştərək tətbiq etməyə çalışırıq". 

Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi son beş ildə 9 müxtəlif festivalda iştirak edib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/398595.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR