Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Ağcabədidə müvəqqəti məskunlaşan məcburi köçkünlərlə görüş keçirilib

Ağcabədidə müvəqqəti məskunlaşan məcburi köçkünlərlə görüş keçirilib

Date: 16 January 2016 17:28


Ağcabədi, 16 yanvar, AZƏRTAC
Ağcabədi, Ağdam və Xocavənd Rayon İcra hakimiyyətlərinin nümayəndələri Ağcabədi şəhərində müvəqqəti məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıblar.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edənlər məcburi köçkünlərə göstərilən qayğıdan, problemlərinin həlli, sosial rifahının və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar.
Çıxışlarda dünya iqtisadiyyatında yaşanan böhranın, neftin qiymətinin sürətlə aşağı düşməsinin Azərbaycandan da təsirsiz ötüşmədiyi bildirilib, manatın devalvasiyası şəraitində istehlak bazarında bəzi işbazlar tərəfindən yaradılan süni qiymət artımı məsələsinə toxunulub. Diqqətə çatdırılıb ki, ölkəmizdə qiymətlərin süni şişirdilməsi, manipulyasiya hallarına yol verilməməsi və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib. Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Prezidentin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı yanvarın 15-dən əlavə dəyər vergisindən azad olunub.
Rayon icra hakimiyyətlərinin başçıları məcburi köçkünlərin müraciətlərini dinləyib, qaldırılan məsələlərin həlli üçün əlaqədar orqanların təmsilçilərinə tapşırıqlar veriblər.

Tags:  Ağcabədidə müvəqqəti məskunlaşan məcburi köçkünlərlə görüş keçirilib


RƏYLƏR


Top news