Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qadın güləşi üzrə açıq Azərbaycan kuboku yarışlarının qalibləri müəyyənləşib

Qadın güləşi üzrə açıq Azərbaycan kuboku yarışlarının qalibləri müəyyənləşib

Date: 16 January 2016 17:28


Bakı, 16 yanvar, AZƏRTAC
Yanvarın 16-da Hövsan Olimpiya İdman Kompleksində böyüklər arasında qadın güləşi üzrə açıq Azərbaycan kuboku yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən, keçirilən yarışda Azərbaycan güləşçiləri ilə yanaşı, Ukrayna, Macarıstan və Qazaxıstandan olan idmançılar da birincilik uğrunda mübarizə aparıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Şəfəq Muradzadə (48 kq), Leyla Qurbanova (53 kq), Almaz İsmayılova (55 kq), Yuliya Ratkeviç (58 kq), İrina Netreba (60 kq), Yuliya Tkaç (63 kq, Ukrayna), Gözəl Zutova (69 kq) və Gözəl Manurova (75 kq, Qazaxıstan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Çəki dərəcələri üzrə ilk üç yeri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediliblər.
 


Tags:  Qadın güləşi üzrə açıq Azərbaycan kuboku yarışlarının qalibləri müəyyənləşib


RƏYLƏR


Top news