Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bahalaşan və "yoxa çıxan" dərmanlara əlacı hardan tapaq?

Bahalaşan və "yoxa çıxan" dərmanlara əlacı hardan tapaq?

Date: 16 January 2016 17:37

Tarif Şurasının dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı qərarından sonra belə, apteklərdə müəyyən problemlər qalmaqdadır. 

Tarif Şurasının 25 dekabr 2015-ci il tarixində keçirilən iclasında daha 1510 yeni dərman vasitəsinin qiymətləri müəyyən edildi. Eyni zamanda, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar olaraq, Şuranın əvvəlki qərarları ilə təsdiq edilən 3540 dərman vasitəsinin yeni qiymətləri də müəyyənləşdi. Amma son günlər apteklərdə dərman satışında qiymət artımı müşahidə edilib.  Kəpəz TV (Region TV) xəbər verir ki, bunu elə aptek müdirləri də təsdiqləyirlər.

Səyyad Məmmədov - aptek müdiri: "Tarif Şurasının əvvəlki qiymətləri çox sərfəli idi. Hazırda dolların kursundakı bahalaşma nəticəsində dərmanların qiyməti təxminən 45-47% artıb. Bu da bizə sərf etmir".

Məsələnin maraqlı tərəflərindən biri də eyni dərmanın hər aptekdə bir qiymətə təklif olunmasıdır.
Bahalaşan qiymətlər bir yana, bəs tapılmayan dərmanlar necə?! Sakinlərin əksəriyyəti axtardıqları dərmanı apteklərdə tapa bilmirlər.

Şəhər sakini: "Dərman tapa bilmirik. Yoxdur. Deyirlər, axtarmayın".

Şəhər sakini: "Mənə deyirlər, dərman qurtarıb".

Şəhər sakini: "Eyni dərman üçün bir neçə aptekə müraciət etdim. Heç birində yoxdur".

Elə biz də eyni dərman preparatını bir neçə aptekdən soruşduq.

Bəzi dərmanların olmamasına aptek rəhbərliyi belə münasibət bildirdi.

Səyyad Məmmədov - aptek müdiri: "Bu, bizdən asılı olan bir iş deyil. Bunu biz deyə bilmərik. Firmaların nə kimi problemləri var, bunu artıq deyə bilmərik".

Bu kimi hallar səhhətində problem olan insanların əsəblərini bir az da tarıma çəkir. Elə bu şəhər sakini kimi...

Şəhər sakini: "Hələ ki, bu gün Məmmədov Cumalı Cabbar oğluyam, sabahı bilmirəm".

Bəli, sabahı bilmək olmur. Bizim də sabah bilmədiyimiz bir iş var. Dərmanların qiyməti. Allah dolları yerli-yersiz bəhanə gətirən işbazlara insaf, xəstələrə isə şəfa versin!..

Milli.Az


Tags:  Bahalaşan yoxa çıxan dərmanlara əlacı hardan tapaq

RƏYLƏR


Top news