Bir donuzumuz çatmırdı, onu da gətirdilər

Bir donuzumuz çatmırdı, onu da gətirdilər
17:42 16 Yanvar 2016
75 Digər
Ölkə mətbuatı
A- A+

Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Ağstafa rayon Baytarlıq İdarəsi reyd keçirib. Bu barədə "Report"a xidmətin mətbuat katibi Yolçu Xanvəli məlumat verib. 

Onun sözlərinə görə, reyd Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə keçirilib və Ağstafa rayonunun Poylu ərazisində 3 baş kəsilmiş donuz cəmdəyi aşkarlanıb. Donuz cəmdəyini Azərbaycan vətəndaşı Abbasov Şəmkir Əjdər oğlu "Jiquli-07" markalı 25 BP883 dövlət nömrə nişanlı avtomobildə daşıyarkən aşkar edilib.

Heyvan cəmdəklərinə baxış keçirilərkən onların mənşəyi və sağlamlığı haqqında baytarlıq arayışının olmadığı məlum olub. O da məlum olub ki, donuz cəmdəkləri Gürcüstan ərazisindən ölkəyə gətirilib.
Cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək laboratoriyaya göndərilib. Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər həm Bakı şəhərində, həm də bütün bölgələrdə mütəmadi olaraq davam etdiriləcək. Mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/398600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR