Abşeron yarımadasının dayazsulu hissəsi layihəsinin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədi hazırlanıb

Abşeron yarımadasının dayazsulu hissəsi layihəsinin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədi hazırlanıb
18:03 16 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
Abşeron yarımadasının dayazsulu hissəsi layihəsinin operatoru olan BP şirkəti layihə üzrə iş öhdəliyinin bir hissəsi olaraq Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədini hazırlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkətinin yaydığı məlumatda deyilir. Sənəd tanış olmaq, həmçinin də rəy və təklifləri öyrənmək məqsədilə ictimaiyyətə təqdim olunub. Sənəddə layihənin ətraf mühitə və sosial sahəyə potensial təsirləri araşdırılıb və bu təsirləri azaltmaq üçün tövsiyə olunan tədbirlər göstərilib.
Qeyd edək ki, 2014-cü ilin dekabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və BP arasında Xəzər dənizinin Azərbaycan sektorunda, Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənmə haqqında Hasilatın Pay Bölgüsü sazişi (HPBS) imzalanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Abseron_yarimadasinin_dayazsulu_hissesi_layihesinin_etraf_muhite_tesirinin_qiymetlendirilmesi_senedi_hazirlanib-919108

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR