"CBC Sport" telekanalına yeni rəhbər təyin edildi

"CBC Sport" telekanalına yeni rəhbər təyin edildi
18:04 16 Yanvar 2016
53 İdman
Ölkə mətbuatı
A- A+

"CBC Sport" telekanalının baş direktor vəzifəsində dəyişiklik edilib. Lent.az-ın məlumatına görə, bu xəbər kanalın Facebook səhifəsində yerləşdirilib. Telekanalının baş direktoru İlham Rüstəmovla 6 ay müqavilə müddəti artıq başa çatıb. Bundan sonra telekanalının baş direktor vəzifəsini, funksiyaları və xidmətlərini müvəqqəti olaraq Volkan Üst icra edəcək.

 

Qeyd edək ki, 20 ildən çox iş təcrübəsinə malik olan bu mütəxəssis Türkiyə, Kanada və bir sıra digər ölkələrdə çalışıb. Türkiyə və İngiltərədə televiziya sahəsində təhsil alan Volkan Üst xeyli məşhur telelayihələrin hazırlanmasında iştirak edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228983

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR