Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Daha Facebook-da dost axtara bilməyəcəklər

Daha Facebook-da dost axtara bilməyəcəklər

Date: 16 January 2016 18:05

Almaniyada "Facebook" sosial şəbəkəsinin "dostların axtarışı" funksiyasının fəaliyyəti qeyri-qanuni elan olunub.
 
Lent.az-ın "The Guardian" xəbər potalına istinadən xəbərinə görə, bu barədə yerli Ali Məhkəmə tərəfindən qərar qəbul olunub.
 
Bildirilir ki, yeni funksiya reklam pozuntusudur və sosial şəbəkə istifadəçiləri arasında çaşqınlıq yaradır. İddia edilir ki, sosial şəbəkə bütün bunlara necə çıxış əldə etdiyini ətraflı izah etmir.

Xatırladaq ki, "Facebook" istifadəçi barədə, mobil telefon nömrəsi və elektron poçt ünvanı da daxil, bütün məlumatları alır. Bundan sonra bütün dostlara resursa qoşulmaqla bağlı dəvətlər göndərməyə başlayır.

Hazırda İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Cəmiyyət ona ümid edir ki, bu qərar şirkət üçün ciddi xəbərdarlıq olacaq və şirkət yeni müştərilər cəlb etmək üçün bu cür metodlardan istifadə etməyəcək.

Milli.Az


Tags:  Facebook-da dost axtara bilməyəcəklər



RƏYLƏR


Top news