Lənkəranda mənzil qarət olunub: qızıl-zinət əşyaları oğurlanıb

Lənkəranda mənzil qarət olunub: qızıl-zinət əşyaları oğurlanıb
18:07 16 Yanvar 2016
110 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Lənkəran rayonunun Daşdalığjar kənd sakini Südabə Qənbərovaya məxsus mənzil qarət olunub.
"Report"un məlumatına görə, zərərçəkən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) müraciət edərək bildirib ki, onun fərdi yaşayı evi qarət edilib və ümumumilikdə 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Fakt üzrə dərhal əməliyyat-istintaq qrupu yaradılıb.
Aparılan istintaq tədbirləri nəticəsində ev sahibəsinin və qızının ifadələri alınıb. Məlum olub ki, qarət məqsədilə mənzilə girən iki nəfərdən biri qadın, digəri cavan kişi olub. Şahidlərin ifadələri əsasında qarətçilərin kimliyi müəyyənləşdirilib.
İsti izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qarət edilmiş evin qonşuluğunda yaşayan Nuriyə Nağıyeva təqsirləndirilən şəxs qismində saxlanılıb.
Nuriyənin qohumunun evinə onunla birgə girən ikinci şəxsin Astara rayonu Kələdəhnə kənd sakini Mütəllim Əhədzadənin olduğu aydınlaşdırılıb. Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, Mütəllim Əhədzadə ev sahibəsinin ağzını bağlayıb, əlindəki bıçağı onun boğazına dirəməklə qızından evdəki qızılları gətirməsini tələb edib. Sonradan hər ikisinin əl-qolunu bağlayaraq evdən uzaqlaşıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/lenkeranda-menzil-qaret-olunub-qizil-zinet-esyalari-ogurlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR