Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Direktor "CBC sport"dan uzaqlaşdırıldı

Direktor "CBC sport"dan uzaqlaşdırıldı

Date: 16 January 2016 18:16

"CBC Sport" telekanalının baş direktoru İlham Rüstəmov tutduğu vəzifədən gedib.
 
Axşam.az-ın Report-a istinadən məlumatına görə, televiziyanın onunla imzaladığı 6 aylıq müqavilə müddəti başa çatıb. Telekanalın yaydığı məlumatda baş direktor vəzifəsini, funksiyaları və xidmətlərini müvəqqəti olaraq Volkan Üstün icra edəcəyi bildirilib. 20 ildən çox iş təcrübəsinə malik olan mütəxəssis Türkiyə, Kanada və digər ölkələrdə çalışıb.
 
Türkiyə və Böyük Britaniyada televiziya sahəsində təhsil alan Volkan Üst bir sıra məşhur telelayihələrin hazırlanmasında iştirak edib.

Qeyd edək ki, iş fəaliyyətinə 1992-ci ildə Türkiyənin ictimai kanalı "TRT"də müxbir kimi başlayan V.Üst daha sonra "Show TV"də baş mütəxəssis vəzifəsində çalışıb. Türkiyə ordusunda hərbi qulluğa yollandıqdan sonra xüsusi təyinatlı bölümdə qulluq edən V.Üst 2000-ci ildə ehtiyata buraxılıb.

Həmin il Türkiyənin NTV kanalına baş direktorun müavini təyin olunan mütəxəssis 7 il orda çalışıb. Sonra Kanadanın Canvas TV media qrupundan təklif alıb və 2007-ci ildən orada baş direktor vəzifəsini icra edib. 2010-cü ildə yenidən Türkiyədən təklif alıb və Kanal D telekanalına baş direktor təyin edilib. 2 ildən sonra yenidən Kanadanın Canvas TV media qrupuna qayıdıb və baş direktor kimi fəaliyyətini davam etdirib.

Tags:  Direktor CBC sportdan uzaqlaşdırıldı

RƏYLƏR


Top news