Ötən il vətəndaşlara 50 min 977 sürücülük vəsiqəsi verilib

Ötən il vətəndaşlara 50 min 977 sürücülük vəsiqəsi verilib
18:18 16 Yanvar 2016
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
Ötən il Dövlət Yol Polisi hissələrinin, stasionar postların, patrul avtomobillərinin, qeydiyyat-imtahan məntəqələrinin və diaqnostika mərkəzinin “Mərkəzi informasiya sistemi”nə birbaşa inteqrasiyası başa çatıb. Avtomobil yollarında foto-video qeydiyyat funksiyalı texniki vasitələrlə yol hərəkətinə nəzarət sahəsi genişləndirilib. Şəhərlərarası avtomobil yollarında 154 nöqtədə 206 radar, 175 nöqtədə 595 videokamera quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər yanvarın 16-da Daxili İşlər Nazirliyində (DİN) 2015-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində səsləndirilib.
Bildirilib ki, inzibati xəta törətmiş şəxslərə özlərinin iştirakı olmadan elektron protokolların tərtib edilməsi və inzibati protokolların bort kompyuterlərdə yazılması, icraatının aparılması, müvafiq məlumatların dərhal “ASAN xidmət” mərkəzinə ötürülməsi, vətəndaşlara SMS məlumatların göndərilməsi, habelə barələrində olan inzibati protokollar, cərimələr, qərarlar və s. haqqında onların internet vasitəsilə məlumat ala bilmələri üçün şərait yaradılıb. Eləcə də ölkə ərazisinə idxal edilən nəqliyyat vasitələrinin dövlət qeydiyyatı ilə əlaqədar prosedurların “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsi təmin edilib. Hesabat dövründə 32 min 721 avtomobil ilkin qeydiyyata alınıb. Respublikanın avtomobil parkının sayı 1 milyon 338 mindən artıq olub. Ötən il vətəndaşlara 50 min 977 sürücülük vəsiqəsi verilib. Həmçinin nəqliyyat vasitələrinin 63,8 faizi texniki baxışdan keçirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_vetendaslara_50_min_977_suruculuk_vesiqesi_verilib-919117

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR