Polad Bülbüloğlu: Murad Kajlayev böyük Qara Qarayevin şagirdi olub

Polad Bülbüloğlu: Murad Kajlayev böyük Qara Qarayevin şagirdi olub
18:22 16 Yanvar 2016
17 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Dağıstanın rəhbəri Ramazan Abdulatipov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşüb. Polad Bülbüloğlu Dağıstana SSRİ Xalq Artisti, bəstəkar Murad Kajlayevin 85 illik yubileyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün gəlib.
Ramazan Abdulatipov görüşdə qeyd edib ki, təkcə Dağıstanda və Rusiyada deyil, bütün dünyada məşhur olan görkəmli bəstəkar Murad Kajlayevin 85 illik yubileyi respublikanın mədəni həyatında mühüm hadisədir. Rusiya regionunun rəhbəri deyib: “Sevindirici haldır ki, bu böyük bayram Azərbaycan üçün də bayramdır”. R.Abdulatipov xüsusi vurğulayıb ki, Mahaçqalada Əziz Əliyevə abidə ucaldılması ilə bağlı işlər aparılır. Burada onun adını daşıyan meydan da olacaq. Respublikanın rəhbəri Dərbəndin 2000 illiyi şərəfinə yubiley tədbirlərinə hazırlıq işlərinə Azərbaycanın töhfəsini razılıq hissi ilə qeyd edib. “Heydər Əliyevin adını daşıyan küçə tamamilə yenidən qurulub, bu barədə Rusiya Prezidenti Vladimir Putinə məlumat verilib”, - deyən R.Abdulatipov daha sonra əlavə edib ki, Azərbaycan ilə Dağıstanın əməkdaşlığı bundan sonra da davam edəcək. Dərbənddə Olimpiya İdman Mərkəzi və Azərbaycan Musiqili Dram Teatrının binası tikiləcək.
Dağıstanın rəhbəri qeyd edib ki, Polad Bülbüloğlu Dağıstan sakinlərinin nəzərində təkcə Azərbaycanın səfiri deyil, Azərbaycanın və Dağıstanın ən görkəmli, ən istedadlı mədəniyyət xadimlərindən biridir. Ramazan Abdulatipov səfirə müraciətlə deyib: “Siz istər Dərbənddə, istərsə də Kremldə çıxışlarınızda bizim dostluq münasibətlərimizi bir daha vurğulayırsınız. Bu gün dövlətlərimiz arasında bütün səviyyələrdə əməkdaşlıq aparılır, bu əməkdaşlıq daha da güclənəcək və davam edəcək”.
Polad Bülbüloğlu isə öz növbəsində bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Murad Kajlayev Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilib. Diplomat deyib: “Bu, bizim ölkənin ən yüksək təltiflərindən biridir. Prezident İlham Əliyev Murad Kajlayevin soy-kökünə yaxşı bələddir. O, Kajlayevə çox səmimi təbrik məktubu göndərib”.
Səfərin sözlərinə görə, Azərbaycanda Murad Kajlayevi yaxşı tanıyır və xatırlayırlar, çünki o, Bakıda yaşayıb, böyük bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Qara Qarayevin şagirdi olub.
Polad Bülbüloğlu Dağıstan ilə Azərbaycan arasında yaranmış möhkəm iqtisadi, mənəvi və mədəni əlaqələri, habelə son illərdə R.Abdulatipovun rəhbərliyi ilə Dağıstan Respublikasında baş verən müsbət dəyişiklikləri də vurğulayıb. Səfir xüsusi qeyd edib ki, bu gün Dağıstanda həyata keçirilən layihələr respublikanın uğurlu inkişafının rəhnidir.
Diplomat məmnunluqla bildirib ki, Hökumət Evinin dəhlizindən keçərkən orada respublika rəhbərlərinin portretləri arasında Əziz Əliyevin də portretini görüb. Polad Bülbüloğlunun fikrincə, bu fakt Dağıstan sakinlərinin bu siyasi xadimin xidmətlərinə səmimi münasibətinə dəlalət edir. Səfir deyib: “Siz Əziz Əliyevin Dağıstanın rəhbəri olması faktını Dərbənddə, bu şəhərin 2000 illik yubileyinə həsr edilmiş təntənəli tədbirdəki çıxışınızda da qeyd etdiniz. Bu məqam Azərbaycan xalqı arasında müsbət reaksiya doğurub. Dağıstan bizim ən yaxın qonşumuzdur və məşhur bir məsəldə deyildiyi kimi, yaxın qonşu uzaq qohumdan daha yaxşıdır. Xalqlarımız arasında, xüsusən ziyalı və yaradıcı insanlar arasında həmişə qardaşlıq və dostluq münasibətləri olub. Uzun müddətdir ki, bizim yaradıcı kollektivlər təcrübə mübadiləsi aparırlar. Xüsusi vurğulamaq istəyirəm ki, Siz Dağıstana rəhbər təyin ediləndən sonra çoxsaylı mədəni və humanitar proqramlar həyata keçirilməyə başlanıb. Bu, çox sevindirici haldır”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İnanılmaz olay! Hamilə qadın tabutda uşaq dünyaya gətirdi FOTOLAR

23 İyul 2017 12:43

Azərbaycanın qadın boksçuları Dağıstanda 3 medal qazanıblar

23 İyul 2017 12:32

Sabahın HAVAsı

23 İyul 2017 12:32

Sabah Abşeron çimərliklərində dəniz suyunun temperaturu 27-28 dərəcə isti olacaq

23 İyul 2017 12:27

Pentaqon Türkiyənin Rusiyadan S-400 almaq niyyətindən narahatdır

23 İyul 2017 12:27

"Roma" serbiyalı müdafiəçi transfer etdi

23 İyul 2017 12:27

Mourinyonun transferini istədiyi 5 ulduz

23 İyul 2017 12:27

Uşağın gözləri qarşısında cinsi əlaqədə oldular -

23 İyul 2017 12:27

200 il əvvəl ölən, amma hələ də YAŞAYAN RAHİB – ŞOK FOTO

23 İyul 2017 12:23

Türkiyədə "Qarabağ" parkı açıldı

23 İyul 2017 12:22

Sabah yağış yağacaq, şimşək çaxacaq - HAVA PROQNOZU

23 İyul 2017 12:19

Üzünüzdəki “ölüm üçbucağı” - Kimlər təhlükədədir?

23 İyul 2017 12:13

Yevlaxda iki mərtəbəli ev yanıb

23 İyul 2017 12:09

Azərbaycan çempionatında yeni klub - "Masallı"

23 İyul 2017 12:07

17 kiloqram arıqlayan Nəsib Nur təəccübləndirdi - FOTO

23 İyul 2017 12:05

Ukrayna vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlandı

23 İyul 2017 12:05

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

23 İyul 2017 11:58

"Barselona"nın Neymarın yerinə alacağı ulduz - Fantastik məbləğ

23 İyul 2017 11:57

2017-ci ildə 8 azərbaycanlı Ukrayna vətəndaşlığı alıb

23 İyul 2017 11:57

"Qalatasaray" Sneyderi geri qaytarır - Şok iddia

23 İyul 2017 11:57

Ermənilər iriçaplı pulemyotlardan atəşkəsi 126 dəfə pozub

23 İyul 2017 11:55

16 yaşlı gəlin 18 yaşlı ərini güllələdi

23 İyul 2017 11:52

Uşağına bu adı verənə 10 min dollar mükafat

23 İyul 2017 11:48

Rusiyada təyyarə gölə düşdü

23 İyul 2017 11:47

"Qarabağ" - "Şerif" oyununa hakim təyinatları açıqlandı

23 İyul 2017 11:42

Ərdoğandan NATO-ya ÇAĞIRIŞ: "Heç bir mənası yoxdur"

23 İyul 2017 11:32

Makronun reytinqi 10% aşağı düşüb - SORĞU

23 İyul 2017 11:27

Bakıda gecə klubunda DAVA-DALAŞ

23 İyul 2017 11:24

Çində tikinti kranı aşdı: 7 ölü

23 İyul 2017 11:22

Türkiyə ABŞ-ın məxfi hərbi məlumatlarını açıqladı -

23 İyul 2017 11:21

Ərdoğandan çağırış: "Bizi aldatmağa çalışmayın"

23 İyul 2017 11:19

Aparıcının oğlu yanğın zamanı zəhərləndi

23 İyul 2017 11:17

Azərbaycanda məşhur restoran belə yandı - VİDEO

23 İyul 2017 11:14

Azərbaycanlı Səfəvilərin döyüş bayrağını satır - 10 min dollar

23 İyul 2017 11:12

Universitetdə zəhərlənənlərdən biri Tahirənin oğlu imiş - FOTO

23 İyul 2017 11:09

Mətanətin yaşıl kirpikləri - FOTO

23 İyul 2017 11:05

Məşhur türkiyəli müğənni Şəmikirə gəlib - FOTOLAR - ÖZƏL

23 İyul 2017 11:03

Nabi Keytanın transferi ilə əlaqədar razılıq əldə olundu

23 İyul 2017 10:57

"Barselona" Beynəlxalq Çempionlar Kubokunda "Yuventus"u məğlub edib

23 İyul 2017 10:57

Türkiyədə 4 bal gücündə zəlzələ

23 İyul 2017 10:52

15 il sonra qəbri açdılar -

23 İyul 2017 10:49

"Azərbaycan və Rusiya liderlərinin münasibətinin səviyyəsi əlaqələrin səmərəliliyini müəyyən edir"

23 İyul 2017 10:47

Azərbaycan çaylarında suyun səviyyəsi xeyli azalıb

23 İyul 2017 10:44

Görün zibil deyib atdıqlarımız nələrə yarayır - Maraqlı üsullar

23 İyul 2017 10:43

Səfəvilər dövlətinin döyüş bayrağı satışa çıxarıldı - QİYMƏT

23 İyul 2017 10:39

Qubanın Qəçrəş kəndində piyadanı maşın vurub

23 İyul 2017 10:37

Bakıda qonşular arasında DAVA: Xəsarət alan var

23 İyul 2017 10:37

Bakıda yanğına görə təxirə düşən imtahanın vaxtı AÇIQLANDI

23 İyul 2017 10:34

Bakıda piyada keçidində quldurluq

23 İyul 2017 10:27

Ruh təsadüfən kameraya düşdü -

23 İyul 2017 10:23