20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işlərinə başlanılıb

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işlərinə başlanılıb
18:23 16 Yanvar 2016
54 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işlərinə başlanılıb. Ötən illərlə müqayisədə bu il yaradılan kompozisiya bir qədər fərqlidir.
AZƏRTAC xəbər verir ki, xiyaban boyu divarlara qara və qırmızı lentlərdən hazırlanmış səkkiz guşəli ulduzlar vurulur. Əraziyə güllərdən xalça döşənilir. Xiyabanın girişində ağ və qırmızı qərənfillərdən ibarət məşəl kompozisiyası hazırlanır. Giriş hissədəki Şəhidlər xiyabanı yazılmış lövhənin, eləcə də pilləkənlərin üstü ağ və qırmızı güllərlə bəzədilir. Şəhidlərin məzarları istiqamətində uzanan gül xalçaların hazırlanması prosesi isə artıq yekunlaşıb.
“Əbədi məşəl” abidəsinin yaxınlığındakı pilləkənlərdə tək qərənfil kompozisiyası qurulur. Digər bir pilləkəndə isə 20 Yanvar sözü ağ və qırmızı güllərlə yazılır. Bütün kompozisiyaların yaradılmasında minlərlə qərənfil istifadə olunur.
Milli matəm günü ilə əlaqədar insanlar xiyabana gəlir, torpaqlarımızın azadlığı uğurundan canlarından keçən oğul və qızlarımızın məzarlarını ziyarət edirlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_faciesinin_novbeti_ildonumu_ile_elaqedar_Sehidler_xiyabaninda_hazirliq_islerine_baslanilib-919119

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR