Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ukraynada müasir tüfəng işlənib hazırlanıb

Ukraynada müasir tüfəng işlənib hazırlanıb

Date: 16 January 2016 18:28


Kiyev, 16 yanvar, AZƏRTAC
“Ukroboronprom” Dövlət Konserni Mosin tüfənginin modernləşdirilmiş variantını təqdim edib. AZƏRTAC Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, indi bu tüfənglə 1,2 kilometr məsafəni nişan almaq mümkündür.
Müasir texnologiyalarla hazırlanan silah teleskopik qundaqla təchiz edilib.
Konsernin saytındakı məlumatda deyilir: “Tüfəng nişan məsafəsi təqribən 1200 metr təşkil edən tək-tək atəş açmaq üçün nəzərdə tutulub. Atəşin ilkin sürəti saniyədə 870 metrdir, güllənin uçuşunun son məsafəsi 2 kilometrdır. Tüfəngin təxmini çəkisi cəmi 4,5 kiloqramdır. Səsboğucu ilə atəş zamanı səsin ucalığı 26 dB-yə qədər azalır”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev


Tags:  Ukraynada müasir tüfəng işlənib hazırlanıb


RƏYLƏR


Top news