Tacikistan Əfqanıstandakı iki konsulluğunu bağlayıb

Tacikistan Əfqanıstandakı iki konsulluğunu bağlayıb
18:28 16 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+


Düşənbə, 16 yanvar, AZƏRTAC
Tacikistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, bu ölkə Əfqanıstanın Kunduz və Fayzabad şəhərlərindəki konsulluqlarını bağlayıb.
Əfqanıstanın şimal əyalətlərində vəziyyətin daha da gərginləşməsi buna səbəb kimi göstərilir. Bildirilir ki, ötən ilin sentyabrında “Taliban” hərəkatının üzvləri Tacikistanın Kunduzdakı konsulluğuna hücum edib və diplomatik idarə dağıdılıb. 2014-cü ildə isə Tacikistanın Əfqanıstanın Bədəxşan vilayətindəki konsulluğu da dağıdılıb, konsul Rüstəm Mahmudi odlu silahdan açılan atəş nəticəsində yaralanıb.
Məlumatda qeyd olunur ki, vəziyyət sabitləşəndən sonra konsulluqların fəaliyyəti bərpa ediləcək.
Tacikistanın Kabildəki səfirliyi və Məzari-Şərifdəki konsulluğu isə fəaliyyətini davam etdirir.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşən

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tacikistan_Afqanistandaki_iki_konsullugunu_baglayib-919122

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR