Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türk futbolçu: "Mənə 500 milyon avro verin, "Bavariya"nı dayandırım"

Türk futbolçu: "Mənə 500 milyon avro verin, "Bavariya"nı dayandırım"

Date: 16 January 2016 18:32

"Borussia Dortmund"un yarımmüdafiəçisi Nuri Şahin 10 aylıq fasilədən sonra yaşıl meydanlara qayıtmaq üzrədir. Hazırda Dubayda məşq toplantısı keçən komandanın düşərgəsində olan Şahin maraqlı açıqlamalarla yadda qalıb. Goal.az xəbər verir ki, türk futbolçu "Bavariya"nı dayandırmağın yolunu da göstərib. 

"Özümü yaxşı hiss edirəm. Bunu mediada çıxması üçün demirəm. Hər gün komanda ilə daha çox çalışıram. Meydana elə bu gün çıxmaq istərəm, amma səbirli olmaq lazımdır. Bir neçə ay gözləməli oldum. Bu müddətdə çox şey öyrəndim".

"İspaniya, İngiltərə və Almaniya çempionatlarından Bundesliqanı ən güclü sayıram. Təkcə bu liqada oynadığıma görə yox. Buradakı futbolçular taktiki cəhətdən çox hazırlıqlıdırlar. Bundesliqa 90-cı illərin A Seriyasını xatırladır. "Bavariya"nın daxili çempionatda dominantlığına görə Joze Mourinyo kimi düşünürlər. Amma Almaniya çempionatı da çox maraqlıdır. Ola bilsin ki, Premyer Liqada rəqabət güclüdür. Lakin Bundesliqaya bir neçə milyard pul və bir az vaxt verin və əksər ulduzlar buraya gəlməyə başlayacaqlar. "Bayern"in hegemonluğunu qırmaq? Mənə ildə 500 milyon avro verin. Sizə bunu edəcək komanda qurum".

Milli.Az


Tags:  Türk futbolçu Mənə 500 milyon avro verin Bavariyanı dayandırım

RƏYLƏR


Top news