“Hər bir damla - bir həyat” adlı qanvermə aksiyası keçirilib

18:38 16 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzi və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara və bədbəxt hadisələr nəticəsində xəsarət almış insanlara yardım məqsədi ilə “Hər bir damla - bir həyat” adlı qanvermə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, könüllülük əsasında keçirilən aksiyada 150 nəfər gənc iştirak edib. Tədbirdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, İnsan Hüququları Müdafiəsi üzrə Beynəlxalq Komitənin nümayəndəsi Firdovsi Ələkbərov çıxış edərək qanvermə aksiyasının əhəmiyyətindən danışıblar.
Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə bir qayda olaraq müayinədən keçmiş, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Yığılan qan ehtiyatı xüsusi laboratoriyada müayinədən keçirildikdən sonra yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Her_bir_damla___bir_heyat_adli_qanverme_aksiyasi_kechirilib-919126

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR