“Azerros” prezidenti Asif Məhərrəmov vəzifəsindən istefa verib.
Bu barədə APA-ya "Azerros" Federal Milli Mədəni Muxtariyyətinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, dekabrın 26-da "Azerros" Federal Şurasının sədri Mehriban Sadıqovanın adına qurumun prezidenti Asif Məhərrəmov adından ərizə daxil olub. O, ərizəsində sağlamlığı ilə əlaqədar prezident vəzifəsindən istefa verdiyini yazıb. Bununla əlaqədar 2015-ci il yanvarın 15-dən gec olmayaraq "Azerros" Federal Milli Mədəni Muxtariyyətinin Federal Şurasının iclasının keçirilməsi planlaşdırılır.
Milli.Az