Multikulturalizm Azərbaycanda dövlət siyasəti, xalqın həyat tərzidir

19:03 16 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

Bakı, 16 yanvar, AZƏRTAC
Azərbaycan yanvarın 15-də dünyaya daha bir sülh mesajı verdi. İslam dünyasının böyük məzhəblərinin nümayəndələri növbəti dəfə Heydər məscidi kompleksində vəhdət namazı qıldılar. Bu namazın mahiyyəti və əhəmiyyəti, ümumiyyətlə, təkcə İslam aləminə deyil, bütün dünyaya bir mesaj olması barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri Nəriman Qasımoğlu AzTV-nin “Günün nəbzi” verilişində fikirlərini bölüşüblər. AZƏRTAC verilişin xülasəsini təqdim edir.
X X X
Müsəlmanlar üçün müqəddəs sayılan cümə günündə vəhdət namazının qılınmasının əhəmiyyəti və bunun Azərbaycanın təşəbbüsü olduğunun vurğulandığı verilişdə qeyd edilib ki, tarixən ölkəmizdə məzhəblər arasında problem olmayıb. Əksinə Azərbaycanda məzhəblər arasında həmrəylik, birlik hökm sürüb. Qılınan vəhdət namazı bir daha təsdiq etdi ki, Azərbaycan tarixi ənənələrinə sadiqdir. Bu gün həmin tarixi ənənələr daha mükəmməl, daha ideal bir variantda davam etdirilir. Bu, həm də dünyaya bir mesaj idi ki, İslam sülh dinidir və bunun praktiki baxımdan real olduğu bir ölkə də var, bu, Azərbaycandır!
Diqqətə çatdırılıb ki, bu gün dünyada İslamla bağlı yanlış fikirlər var. Hətta bu yanlış fikirlər o həddə çatıb ki, İslamı terrorçu, zorakı bir din kimi qələmə verirlər. Azərbaycan hər zaman belə fikirlərin qəti əleyhinə olub. Azərbaycan Prezidenti həmişə çıxışlarında xüsusi vurğulayıb ki, İslam sülh, bərabərlik dinidir, onun terrorizmlə heç bir əlaqəsi yoxdur. “Multikulturalizm ili”ndə Azərbaycanın belə bir nümunə göstərməsi həm də onu deməyə əsas verir ki, ölkəmiz Qərb dünyası üçün də bir örnək modelidir. Əgər kimlərsə İslamı terrorla, zorakılıqla bağlayırsa, onlara verilən ən tutarlı cavab məhz bu vəhdət namazıdır ki, İslam birlik, bərabərlik, qardaşlıq dinidir.
Qeyd edilib ki, bu vəhdət namazının məhz Heydər məscidində qılınmasının da böyük rəmzi mənası var. Bu möhtəşəm məscid dövlət vəsaiti hesabına inşa olunub və idarəçiliyi də dövlət tərəfindən həyata keçirilir. Vəhdət namazının bu məsciddə qılınmasının özü də Azərbaycan dövlətinin, Prezidentinin İslama, milli mənəvi dəyərlərə, adət-ənənələrə dərin hörmət və ehtiramla yanaşmasının bir nümunəsi kimi qəbul edilməlidir.
Azərbaycanda multikultural dəyərlərin qədim tarixə malik olduğunun, müxtəlif dinlərə mənsub insanların dinc şəraitdə birgə yaşadıqlarının vurğulandığı verilişdə qeyd edilib ki, çoxkonfessiyalılıq, etnik və mədəni müxtəliflik multikulturalizmin Azərbaycan modelinin çox üstün cəhətləridir. 2016-cı ilin “Multikulturalizm ili” elan olunması bir daha sübut edir ki, Prezident İlham Əliyevin dediyi kimi, bu, Azərbaycanda dövlət siyasətidir, həyat tərzidir. Azərbaycan folklorunda, ədəbiyyatında, digər qədim qaynaqlarda bu barədə kifayət qədər faktlar vardır. Göründüyü kimi, əsrlərdən bəri multikulturalizm azərbaycanlıların həyat tərzi olub, indi də belədir. Azərbaycan bu həyat tərzi ilə tolerantlığı, dialoqu, birgəyaşayışı təkcə ölkə səviyyəsində deyil, beynəlxalq aləmdə də təbliğ edir, hətta bunun nümunəsini ortaya qoyur. Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətə paralel olaraq bir fəaliyyət də var. Bu fəaliyyəti Heydər Əliyev Fondu həyata keçirir. Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlərdən danışarkən İslam ölkələrində - bizə dost, qardaş olan Pakistandakı fəaliyyətini, eyni zamanda, Avropadakı fəaliyyətini, məsələn Fransada kilsələrin bərpası, katolik dünyasının mərkəzi sayılan Vatikanda bir neçə dini məbədin təmiri, Rusiyada kilsənin bərpası proseslərində iştirakını qeyd etməliyik. Təsadüfi deyil ki, Fondun davamlı olaraq həyata keçirdiyi layihələrdən biri də “Tolerantlıq ünvanı - Azərbaycan” layihəsidir.
Heydər Əliyev Fondunun Azərbaycandakı fəaliyyətinə nəzər salsaq görərik ki, bu fəaliyyətdə həm İslam ibadət evlərinin, həm də qeyri-İslam - xristian, yəhudi məbədlərinin təmirinə dəstək var. Dövlət də paralel olaraq bu istiqamətdə eyni işləri görür. Əgər Prezident İlham Əliyevin Sərəncamı ilə Heydər məscidi inşa olunubsa, eyni qaydada 2011-ci ildə dövlətimizin başçısının tapşırığı ilə Bakıda dağ yəhudiləri üçün böyük bir sinaqoq inşa edilib. 2014-cü ildə isə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Dini-Mədəniyyət Mərkəzinin açılışı olub və Prezident İlham Əliyev mərasimdə iştirak edib. Ölkəmizdə məzhəblər, dinlər arasında fərq qoyulmadığı kimi, həm Azərbaycan dövləti, həm də Heydər Əliyev Fondu beynəlxalq aləmdə də bu məsələlərə eyni qaydada münasibət göstərir. Ona görə də tam əminliklə demək olar ki, istər İslam dünyası, istərsə də Qərb üçün praktiki baxımdan ən gözəl nümunə məhz Azərbaycan modelidir.
Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətindən, xüsusən Azərbaycan multikulturalizm fənninin xarici ölkələrdə tədrisindən danışan müsahiblər bildiriblər ki, beynəlxalq aləmdə ölkəmizin multikulturalizm modelinə böyük maraq var. Artıq 11 ölkənin - Rusiya, ABŞ, Almaniya, Polşa, Çexiya, Bolqarıstan, İtaliya, Portuqaliya, Ukrayna, Litva və Gürcüstanın universitetlərində Azərbaycan multikulturalizm fənni tədris olunur. Göründüyü kimi, bu fənnin tədrisi böyük bir coğrafiyanı əhatə edir. Həmin ölkələrin tələbələri multikulturalizmlə bərabər, Azərbaycan haqqında da məlumat əldə edirlər. Bu, onlarda ölkəmizə maraq oyadır. Yəni, onlar biləndə ki, Azərbaycanda multikultural dəyərlər qorunur, saxlanılır, buna riayət edilir, heç bir dini, irqi ayrı-seçkilik yoxdur, deməli, burada əmin-amanlıq, rahatlıq, multikultural təhlükəsizlik vardır. “Multikultural təhlükəsizlik” termini də siyasətşünaslıq elminə Azərbaycan tərəfindən daxil edilib. Multikultural təhlükəsizliyin prinsipləri ondan ibarətdir ki, etnik-dini müxtəlifliyin təmsilçilərinə aid bütün dəyərlər dövlət tərəfindən qorunur. Dövlət onların inkişafına dəstək verir. Digər bir prinsip ondan ibarətdir ki, etnik-dini azlıqların hüquqları Konstitusiya ilə qorunur, onlar cəmiyyətə sıx inteqrasiya edirlər.
“Multikulturalizm ili”ndə bu istiqamətdə daha intensiv işlər görüləcəyinin vurğulandığı verilişdə bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən, tədbirlər planı hazırlanır. Həmin plan çərçivəsində bu il bir sıra beynəlxalq tədbirlər keçiriləcək. Bu tədbirlərin ən önəmlisi isə aprelin 25-27-də BMT-nin Sivilizasiyalar üzrə Alyansının Bakıda keçiriləcək VII Qlobal Forumudur. Forumla bağlı ciddi hazırlıq işləri aparılır.

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Altı diplomat narkotikə görə işdən qovuldu

30 Mart 2017 03:04

Meksikada neft terminalında yanğın - 17 nəfər...

30 Mart 2017 02:58

Ukrayna “Eurovision”dan uzaqlaşdırıla bilər

30 Mart 2017 02:34

Gədəbəydə bıçaqlanma hadisəsi

30 Mart 2017 02:33

Möhtəşəm Adriana - FOTO

30 Mart 2017 02:32

Şəki sakini intihar edib

30 Mart 2017 02:30

Astroloji proqnoz - 30 mart

30 Mart 2017 02:18

Buenos Ayresdə Novruz bayramı qeyd olundu - FOTO

30 Mart 2017 02:08

İvanka Tramp atasının xüsusi müşaviri olacaq

30 Mart 2017 01:54

“Elektron ipoteka” sistemi “Elektron hökumət”ə qoşuldu

30 Mart 2017 01:50

Gəncə və Goranboyda yol qəzaları baş verib

30 Mart 2017 01:48

Bağdadda partlayış:

30 Mart 2017 01:36

"Balmain"dan yeni kolleksiya - FOTO

30 Mart 2017 01:32

Bazarlarda pomidor ucuzlaşdı -

30 Mart 2017 01:12

Messi günahını boynuna almadı: “Hakimə söyməmişəm”

30 Mart 2017 00:59

“Elektron ipoteka” sistemi “Elektron hökumət”-ə qoşuldu

30 Mart 2017 00:44

Bağdadda partlayış: 13 ölü, 40 yaralı

30 Mart 2017 00:39

Türkiyədə klub prezidentinə silahlı hücum

30 Mart 2017 00:34

Möhkəm sümüklər, sağlam ürək və qaraciyər -

30 Mart 2017 00:26

"Yutub"da uşaqlar üçün TƏHLÜKƏLİ VİDEOLAR - Valideynlərə xəbərdarlıq!

30 Mart 2017 00:23

29 yaşlı oğlan bıçaqlandı - Gədəbəydə

30 Mart 2017 00:14

Uşağın immunitetini necə möhkəmləndirək?

30 Mart 2017 00:05

Günün qoroskopu: ən çox qaçdığınız nöqsandan qurtulmaq çətindir

30 Mart 2017 00:05

Böhran zamanı ən yaxşı biznes hansıdır?

29 Mart 2017 23:58

On beş il bar verməyən ağacın meyvəsi

29 Mart 2017 23:57

UEFA prezidenti sözünün üstündə durdu

29 Mart 2017 23:57

Vəzərinin yarpaq və toxumları vitaminlərlə zəngindir

29 Mart 2017 23:57

Türkiyə Suriyada yeni əməliyyat keçirə bilər

29 Mart 2017 23:54

Meşədə qaçan naməlum varlıq kameraya tuş gəldi - ŞOK VİDEO

29 Mart 2017 23:53

Vitamin çatışmazlığının ƏSAS SİMPTOMLARI

29 Mart 2017 23:52

Möhkəm sümüklər, sağlam ürək və qaraciyər. KÜNCÜTün inanılmaz faydaları

29 Mart 2017 23:52

"Daha bir il burada qala bilərəm"

29 Mart 2017 23:52

Maddələr mübadiləsini sürətləndirməyin 10 QIZIL QAYDASI

29 Mart 2017 23:52

Avropa çempionatı:

29 Mart 2017 23:44

Aralarında 5, 10, hətta, 20 yaş fərq var - SİYAHI - FOTO

29 Mart 2017 23:42

Xoşbəxt sevgili olmaq üçün 5 QAYDA

29 Mart 2017 23:42

Müalicəvi zəlinin saxlanılma qaydası

29 Mart 2017 23:42

Yəməndə "Əl-Qaidə" silahlıları məhv edilib

29 Mart 2017 23:42

Azərbaycanda yeni istifadəyə verilən yoldan möhtəşəm görüntü - FOTO/VİDEO

29 Mart 2017 23:38

Limonun inanılmaz faydaları

29 Mart 2017 23:37

Viktoriya bunu ilk dəfə edir

29 Mart 2017 23:32

58 yaşı olsa da, cazibədarlığı heyran etdi - FOTO

29 Mart 2017 23:32

Yerfındığının faydaları

29 Mart 2017 23:32

Hamilə qalmaq istəyənlər içsin - XÜSUSİ RESEPT

29 Mart 2017 23:32

"Yuventus"un futbolçusu üçün mövsüm bitdi

29 Mart 2017 23:32

Trampın reytinqi düşməyə davam edir -

29 Mart 2017 23:26

Ürək üçün faydalı, həyat üçün zəhərli

29 Mart 2017 23:22

AÇ-2017: İkinci gün 1 qızıl və 2 bürünc medal qazandıq

29 Mart 2017 23:22

Trampa dəstək reytinqi antirekord vurdu

29 Mart 2017 23:19

Türkiyə "Fərat qalxanı" əməliyyatının başa çatdığını bəyan edib

29 Mart 2017 23:12