Rustavidə azərbaycanlı fəallar və ağsaqqallarla görüş keçirilib

Rustavidə azərbaycanlı fəallar və ağsaqqallarla görüş keçirilib
19:04 16 Yanvar 2016
28 Sosial
Ölkə mətbuatı
A- A+

Rustavidə azərbaycanlı fəallar və ağsaqqallarla görüş keçirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Kvemo Kartli bölgə qubernatoru Paata Xizanişvili bir illik fəaliyyəti barədə hesabatla çıxış edib. O, azərbaycanlıların həmişə Gürcüstanda dövlətçiliyinə dəstək verdiyini bildirib. Xizanaşvili azərbaycanlı ağsaqqallara müraciət edərək bildirib ki, hazırda onların bütün işlərə rəhbərlik etməsinin vaxtı gəlib: "Bizim qapımız hər bir insana açıqdır. Biz bir-birimizi başa düşməyə başlamışıq, aramızda etibar yaranıb".

 

Qubernator bölgədə hələ də kadr məsələlərində nöqsanlar olduğunu, həmçinin informasiya boşluğunun olduğunu bildirib.

 

APA-ya açıqlama verən qubernator bölgə üzrə Ağsaqqallar Şurası yaradılacağını bildirib. O, azərbaycanlılar içində böyüdüyünü və az da olsa, Azərbaycan dilində danışa bildiyini deyib.

 







Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228989

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR