İtaliyada mənzildə güclü partlayış olub: 5 ölü, 1 yaralı

İtaliyada mənzildə güclü partlayış olub: 5 ölü, 1 yaralı
19:09 16 Yanvar 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliyanın Savona vilayətinin Arnasko qəsəbəsində yaşayış binasında baş vermiş partlayışda 5 nəfər ölüb, 1 nəfərin isə ciddi yaralanıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, qaz sızması nəticəsində baş verən şiddətli partlayış 4 mənzildən ibarət binanın tamamilə dağılmasına və ətrafdakı tikililərin zərər görməsinə səbəb olub. Xilasedicilər zərər görmüş binalardan insanların təxliyə olunmasına başlayıblar.

 

Arnaskonun meri Alfredino Gallizia gecə saatlarında baş vermiş hadisənin səbəblərinin araşdırıldığını bildirib. O deyib ki, daha əvvəl bu cür güclü partlayışın şahidi olmayıb: “Bina yerlə-yeksan olub. Yanğınsöndürənlər, xilasedicilər və polis dağıntılar altında başqa kiminsə qalıb-qalmadığını müəyyənləşdirməyə çalışır”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228973

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR