Əlillik müayinəsinin nəticəsi barədə məlumat almaq üçün e-xidmətdən istifadə sadələşdirilib

Əlillik müayinəsinin nəticəsi barədə məlumat almaq üçün e-xidmətdən istifadə sadələşdirilib
19:13 16 Yanvar 2016
42 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Elektron hökumət" portalına inteqrasiya olunan yeni xidmətindən istifadə sadələşdirilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildirilib ki, "Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi" e-xidmət vasitəsilə əlillik müayinəsinin nəticəsini heç bir qeydiyyata ehtiyac olmadan, daha rahat və asan formada əldə etmək mümkündür.
Ötən ay "Elektron hökumət" portalı üzərindən əhalinin istifadəsinə verilən bu e-xidmət istifadəçiyə aparılmış müayinənin nəticəsi, növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi (əgər əlillik müddətsiz təyin edilibsə o zaman onun müddətsiz olması) barədə məlumat verməyə xidmət edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Alillik_muayinesinin_neticesi_barede_melumat_almaq_uchun_e_xidmetden_istifade_sadelesdirilib-919144

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR