Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Naftalanda süni qiymət artımı ilə bağlı reyd keçirilib

Naftalanda süni qiymət artımı ilə bağlı reyd keçirilib

Naftalanda avtomobil piyadanı vurdu - SÜRÜCÜ QAÇDI (14 Mart 2017 21:08)
Bu siqaretlər ucuzlaşdı (03 Mart 2017 12:23)

Tarix: 16 Yanvar 2016 19:23


Bakı, 16 yanvar, AZƏRTAC
Naftalan şəhəri üzrə istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımı cəhdlərinin qarşısının alınması üçün yaradılmış komissiya üzvlərinin iştirakı ilə yanvarın 16-da Naftalan şəhərindəki mövcud ticarət obyektlərində, pərakəndə satış mağazalarında və şəhər ərazisində yerləşən bazarda reyd keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, reyd zamanı komissiya üzvləri tərəfindən sahibkarlarla, həmçinin satış üzrə digər məsul şəxslərlə ərzaq məhsullarının qiymətlərinin qanunamüvafiq qaydada tənzimlənməsinə riayət olunması, süni qiymət artımına, sui-istifadə hallarına yol verilməməsi ilə bağlı maarifləndirici izahat işləri aparılıb. Eyni zamanda, reyd zamanı əhalinin istehlak səbətinə daxil olan ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə edilmədiyi, şəhərdə süni mal qıtlığının mövcud olmadığı müəyyənləşib.
Reydlər mütəmadi davam etdiriləcək.



Teqlər:  Naftalanda süni qiymət artımı bağlı reyd keçirilib



RƏYLƏR


Top xəbərlər