Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lənkəranda evindən 1 kq qızıl oğurlayanlar yaxalanıb

Lənkəranda evindən 1 kq qızıl oğurlayanlar yaxalanıb

Date: 16 January 2016 19:24

Lənkəranda oğurluq hadisəsinin üstü açılıb.
 
Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, naməlum şəxs və ya şəxslər tərəfindən  rayonun Daşdalığjar kənd sakini Südabə Qənbərovanın evindən ev sahibinə məxsus bir kiloqrama yaxın qızıl-zinət əşyalarını oğurlanıb. Hadisə barədə  ŞRPŞ-nə məlumat daxil olan kimi dərhal polis əməkdaşları hadisə yerinə baxış keçirərək, istintaq hərəkətləri üçün vacib olan izləri götürüblər.
 
S. Qənbərovanın qonşuluğunda yaşayan Nuriyyə Nağıyeva şübhəli şəxs qismində saxlanıldıqdan dərhal sonra hadisənin digər iştirakçısı, Astara rayonunun Kələdəhnə kənd sakini Mütəllim Əhədzadə də yaxalanıb.
İlkin araşdırmalardan müəyyənləşdirilib ki, saxlanılan Mütəllim Əhədzadə ev sahibinin ağzını bağlayaraq əlindəki bıçağı onun boğazına dirəyib və qızından evdəki qızılları gətirməsini tələb edib. Qəniməti əldə etdikdən sonra N. Nağıyeva və M. Əhədzadə ana ilə qızının əl-qolunu bağlayaraq evdən gediblər.

Tags:  Lənkəranda evindən kq qızıl oğurlayanlar yaxalanıb

RƏYLƏR


Top news