Zərif Kerri ilə danışıqlar aparır

Zərif Kerri ilə danışıqlar aparır
19:27 16 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

Vyanada İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə ABŞ dövlət katibi Con Kerrinin görüşü davam edir.
Milli.Az "Report"a istinadən istinadən xəbər verir ki, İranın nüvə proqramına dair Kompleks Fəaliyyət Planının müzakirə olunduğu görüşün yekununda hesabat dərc olunacaq və beləliklə, Tehrana qarşı ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq olunan sanksiyaların ləğvi prosesi başlayacaq.
Xatırladaq ki, bu il iyulun 14-də nüvə proqramı üzrə "altılıq"la İran yekun razılıq sənədi imzalayıb. Həmin sənədə əsasən, Tehran nüvə proqramını dinc məqsədlər üçün istifadə edəcək, qarşı tərəf isə bu şərti yerinə yetirdiyi halda beynəlxalq sanksiyaları aradan qaldıracaq.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR