Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ermənistan Rusiyadan təbii qazın qiymətinin aşağı salınmasını istəyib

Ermənistan Rusiyadan təbii qazın qiymətinin aşağı salınmasını istəyib

Türkiyə Rusiyadan S-400 raketləri alır (14 Mart 2017 14:09)
"Qazprom" Türkiyə şirkətlərini məhkəməyə verdi (11 Mart 2017 17:59)
Təbii qazın qiyməti dəyişdirilə bilər - Gürcüstanda (02 Mart 2017 19:47)

Tarix: 16 Yanvar 2016 19:42

Bakı. 16 yanvar. REPORT.AZ/ "Rusiya Federasiyası hökuməti Ermənistana verdiyi təbii qazın qiymətini aşağı salmalıdır". "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu sahibkarlarla görüşü zamanı Ermənistanın Baş naziri Ovik Abramyan bildirib.
Onun sözlərinə görə, qazın qiymətin yüksək olması Ermenistanda istehsal olunan malların rəqabət qabiliyyətini aşağı salır.
Ovik Abramyan qeyd edib ki, Ermenistanın Rusiya və digər tərəfdaşlarla əməkdaşlığı bilavasitə enerji daşıyıcılarının qiymətindən asılıdır.
"Ölkələrimiz arasındaki strateji əlaqələri nəzərə alaraq Moskvadan məsələ ilə bağlı müsbət cavab gözəyirik", - deyə Ermənistanın Baş naziri vurğulayıb.
Qeyd edək ki, ''Qazprom Armeniya'' Ermənistan bazarında təbii qazın təchizatı və paylanması sahəsində inhisarçıdır.

Teqlər:  Ermənistan Rusiyadan təbii qazın qiymətinin aşağı salınmasını istəyib



RƏYLƏR


Top xəbərlər