Ordumuzu bu dəfə uzaqdan "hədəf"ə almaq istədilər

Ordumuzu bu dəfə uzaqdan "hədəf"ə almaq istədilər
19:47 16 Yanvar 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Eramızdan əvvəl 43-cü il, Qədim Roma. Qall və frank tayfaları Romanın hərbi qüdrətini sarsıtmaq üçün xəbər yayırlar: "Legionlarda maaşlar yarıbayarı azalıb, legionerlərlə senturionlar arasında münaqişələr başlanıb".
O dövrün ən məşhur siyasətçi, filosof və şairlərindən olan Tit Liviy bundan xəbər tutanda demişdi: "Bu yalana fikir verməyin, düşmən bizi sarsıtmaq istəyir. İlk əvvəl çox ehtiyatlı edilən xəyanət belə az sonra sahibini üzə çıxarır".

Səhvlərindən nəticə çıxaran insan məntiqli, kobud səhvlərə ümumiyyətlə yol verməyən insan ağıllıdır. Amma yanlışlıqlarını sıralayan, bunu doğru yol sayan və hər səhvi əvvəlindən daha acı olan şəxsin intellektual imkanlarını səciyyələndirmək çətin deyil.
Psixoanalizin "ata"ları belə şəxsləri sadəcə aqressiv qisas hissi ilə yaşayan, natamamlıq kompleksi fərdlər sayırdılar.

Azərbaycanda indi qarışıqlıq, gərginlik, kütləvi narazılıq yaratmaq istəyənlər iğtişaşlar, yürüşlər, "irəli, vur, dağıt" kodları ilə hərəkət edəcək kütlə arzusundadırlar. O kütlə ki, əqlin yox, harasa çağıran və nələrisə vəd edənlərin səsinə qulaq asmalıdır.

Son günlər bir sıra rayonlarda yaradılmasına çalışılan "kütləvi narazılıq aksiya"larının kökündə də məhz reallığı görməyən və əslində görmək istəməyən radikal müxalifət liderlərinin letargiya yuxusundan ayıldıqlarını nümayiş etdirərək mübarizəyə başlamaları imitasiyası durur.
Azərbaycanda müxalifətin potensialı, imkanları, qüvvəsi və ən başlıcası, perspektivlərinin hansı səviyyədə olduğu barədə Qərbdəki beynəlxalq təşkilatlarla yanaşı, ABŞ və Avropa Birliyinin siyasətçiləri, hətta Azərbaycana qarşı aşkar antipatik mövqe tutmuş adamlar belə, dəfələrlə kəskin bəyanatlarla çıxış edərək "siyasi ölü" ifadəsini işlədiblər.

Və indi bu siyasi ölü dirilmək, dəfələrlə özünü absurd, bəzən də paranoidal hərəkətləri ilə qəsd edərək məzarlığa gömdüyü məkandan çıxararaq yaşamaq istəyir.
Hollivudun "saspens" janrındakı filmlərindəki zombiləri, yəqin, görübsünüz. Görübsünüzsə, bilirsiniz ki, xortlamağa çalışan ölünün hərəkət etməsi üçün onun insan əti, qanı ilə qidalanması şərtdir.
Və bizim də yerli "siyasi ölü"lərimiz cəmiyyətin qanını içmək, sosiumun ətini yemək üçün girəvə axtarırlar.

Təhkiyələrdən uzaqlaşsaq, Azərbaycandakı ictimai-siyasi situasiyanı gərginləşdirmək, ölkədəki stabilliyi pozmaq, 300-500 adamın sırf sosial istəklərini siyasi aksiyalar kimi qələmə verməyə çalışanlar eyni vaxtda bir neçə istiqamətdən ölkəmizə hücum edirlər.

İlk istiqamət qismində vətəndaşlar seçilmişdilər. Bəli, məhz ölkə vətəndaşları: məqsəd eyni vaxtda Azərbaycanın müxtəlif yerlərində, xüsusilə də əyalətlərdə kütləvi etiraz aksiyalarına başlamaq, sonra bu spontan narazılıqları idarə olunan nümayişlərə çevirmək və hərəkat formatına salmaqdı.

İkinci istiqamət ölkənin  paytaxtı olmaqla yanaşı, siyasi və demoqrafik nəbzi Bakıda aksiyalara başlamaqdı. Bakıda bahalaşmaya etirazlar formatındakı nümayiş və yürüşlər, ssenariyə görə, "hakimiyyət dəyişikliyini şərtləndirən" situasiyanın yaradılmasına aparmalı idi.

Üçüncü istiqamət polis və ordu idi. Azərbaycanda sifarişli "qiyam", o da olmasa "üsyan" yaratmaq istəyənlar anlayırlar ki, hüquq-mühafizə orqanları heç bir halda xaos daşıyıcıları olan elementləri dəstəkləməyəcəklər, əksinə, məkrli planın qarşısını qətiyyətlə alacaqlar.
Belədə Azərbaycana düşmən kəsilən qüvvələr ordu sıralarında, hərbçilər  və polislər arasında narazılıq yaratmağa can atdılar.

Hərbçilər Azərbaycanı xarici, polislər isə daxili düşməndən qoruduqları üçün onların zəifləməsi, emosional davranmaları, bədbinləşməsi əslində Bakını hədəfə alan planın reallaşdırılmasını daha da sürətləndirməli idi.

Belə şaxəli, genimşiqyaslı və düşünülmüş planın ölkədəki radikal müxalifətin beyin məhsulu olduğuna inanmaq sadəlövhlükdür, çünki onillərdən bəri qarşılarına qoyulan heç bir məqsədə məhz bacarıqsızlıqlarına, dar dünyagörüşlərinə və müasir dünyanın, xüsusilə də siyasətin çağırışlarını, şərtlərini əsla anlamadıqları üçün çata bilməyən uğursuzlar toplusu Azərbaycanda manatın devalvasiyasından yararlanaraq yeni "inqilab" etmək üçün qolları çirmələməyə cürət etməzdilər. Ən azı, özlərini yaxşı tanıdıqları üçün.
Bəhs etdiyim planın müəllifləri Azərbaycandan kənardadırlar.

Azərbaycana qarşı düşmənlə birləşənlər

Apardığımız müşahidələr çox maraqlı məqamı aşkarladı. Yanvarın 11-də əvvəlcə Ermənistan İnqilabi Federasiyası-Daşnaksutyunun nəzarətindəki üç sayt, daha sonra Ermənistan Müdafiə Nazirliyi ilə sıx əlaqələri olduğunu elə erməni jurnalistlərin etiraf etdikləri news.am saytı Azərbaycanda "əsgər ölümlərinin artması, məvaciblərin azalması və diversiyalar" barədə məlumat yaydılar.
Bəhs etdiyim saytların hər biri məlumatın "etibarlı mənbədən, eksklüziv şəkildə alındığını" iddia etsə də, dərc olunmuş mətnlər konstruksiya, üslub və format baxımı ilə yanaşı, sözbəsöz eyni idi.

Həmin məlumatda "Azərbaycan ordusunda hərbçilərin maaşlarının yarıbayarı azalacağı, ölkədə vətəndaşların bahalaşmaya qarşı etiraz aksiyalarına başlamaq niyyətində olmaları" da vurğulanırdı.
Yanvarın 12-də Azərbaycanda adda-budda çıxışlar, lokal nümayişlər oldu.
İki gün keçdi, bu dəfə az öncə bəhs etdiyim üçüncü istiqamət üzrə işlər başlandı.

Azərbaycanı tərk edərək Almaniyaya mühacirət edən Cəsur Məmmədov ("Sümərinli") Azərbaycan ordusundakı "etibarlı mənbə"dən aldığı "məlumat"ı yayaraq silahlı qüvvələrdə maaşların yarıbayarı azaldılacağını və guya müdafiə xərclərinin azaldılacağını, ciddi ixtisarlar aparılacağını və sərt qənaət rejiminə keçiləcəyini dedi.
Cəsur Məmmədov Almaniyanın paytaxtı Berlində yaşasa da, hərbi ekspert sayıldığını iddia edir. O, Azərbaycan müxalifətindəki REAL hərəkatının funksioneri olmaqla yanaşı, ofisi elə Berlindəki mənzilində yerləşən "Xəzər" Hərbi Tədqiqatlar İnstitutu"nun (Caspian Defense Studies Institute) rəhbəridir.

Azərbaycanın Silahlı Qüvvələrində məvaciblərin guya 30-50 faiz aşağı salınması ilə bağlı yayılan yalanın de-yure müəllifi də ""Xəzər" Hərbi Tədqiqatlar İnstitutu"dur.
Həmin dezinformasiyanın həftənin əvvəlində Ermənistanın kütləvi informasiya vasitələrində yayılan yalanla identik olduğunu nəzərə alsaq, mətnlərin analogiyası ilə bağlı sual yaranır: axı riyazi nəzəriyyə təsadüflüyün, üst-üstə düşmənin belə səviyyəsini inkar edir.

Müdafiə Nazirliyi sözünü dedi

Müdafiə Nazirliyi Silahlı Qüvvələrdə məvaciblərin 30-50 faiz aşağı salınması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Açıqlamada deyilib: "Silahlı Qüvvələrin maliyyələşməsi haqqında bəzi elektron kütləvi informasiya vasitələrində yalan və əsassız məlumatların yer alması yalnız təəssüf və təəccüb hissi doğurur.

Müdafiə Nazirliyi səsləndirilən bu qeyri-ciddi iddiaları tamamilə rədd edir. Belə ki, 2016-cı ildə müdafiə sahəsi üçün nəzərdə tutulan xərclər ötən il ilə müqayisədə xeyli miqdarda artıb. Hərbi quluqçuların pul təminatı azalmayıb, Silahlı Qüvvələrin ümumi sayında heç bir dəyişiklik yoxdur. Tam əksinə, mərkəzi aparatda və qərargahlarda edilən ştat-struktur dəyişikliyi nəticəsində optimallaşmaya nail olunub, ön xətdə yerləşdirilən yeni döyüş təyinatlı hərbi hissələrdə ixtisaslı vəzifələrin sayı çoxalıb. Bunun hesabına hərbi quluqçuların maaşları faiz baxımından artıb, şəxsi heyətin və ailə üzvlərinin sosial təminat bazası gücləndirilib.

2016-cı il ərzində Ali Baş Komandanın tapşırığına əsasən bu istiqamətlərdə görülən işlər yenə də davam etdiriləcək.
İl ərzində 10-a yaxın yeni hərbi şəhərciyin, eləcə də xidməti və daimi mənzilərin istifadəyə verilməsi planlaşdırılır. Novruz bayramı günlərində açılacaq 3 yeni hərbi şəhərcik də görüləcək fəaliyyətlərin bariz nümunəsi olacaq. Bu ərəfədə Silahlı Qüvvələrdə təşkil ediləcək "Açıq qapı günü"ndə valideynlər və ictimaiyyət nümayəndələri də deyilənlərin şahidi olacaqlar.

Eyni zamanda döyüş hazırlığının gücləndirilməsi istiqamətində planlaşdırılan ikitərəfli, çoxtərəfli beynəlxalq, o cümlədən birlik və birləşmə səviyyəsində, müxtəlif qoşun növlərinin cəlb olunması ilə xeyli sayda təlimlər də keçiriləcək.
Bir daha bildiririk ki, Silahlı Qüvvələrimizlə bağlı hər hansı məlumat yayarkən şəxsi maraqları kənara qoyub, xalqın maraqlarından və dövlətin təhlükəsizliyi mənafeyindən çıxış etmək zəruridir.

Silahlı Qüvvələrdə il ərzində görülən işlər, fəaliyyətlər, həyata keçirilən bütün tədbirlər barədə Müdafiə Nazirliyi şəffaf şəkildə, vaxtında və faktlarla məlumatları ictimaiyyətə təqdim edəcək".

Göründüyü kimi, yetərincə səbatlı, konkret və geniş bir cavabdır.
Eyni zamanda, orduda məvaciblərin azalması ilə bağlı yalanı hazırlayan və "əlaltı media"ya ötürənlərin məntiqinin qüsurlu olduğunu bir daha anladıq.

Belə idiotizmi gerçək kimi qələmə vermək üçün olduqca primitiv təfəkkür gərəkdir.
Nədən ki, Ermənistan tərəfindən ərazilərinin 20 faizi işğal altında olan Azərbaycan düşmənlə elan edilməmiş müharibə vəziyyətində olduğundan, hərbçilərin məvaciblərinin azaldılmasından söhbət gedə bilməz. Hərbi əməliyyatlar aparan, xüsusilə də torpaqlarını düşməndən azad etməkdə qətiyyətli olan heç bir ölkə indiyədək savaş və ya savaşa hazırlıq anında əsgərlərinin təminatını zəiflətməyib. Əksinə, daha da artırıb.
Dünya təcrübəsində və ümumiyyətlə, tarixdə elan edilməmiş də olsa, müharibə vəziyyətindəki heç bir ölkə ordusunu zərrə qədər zəiflədə biləcək addım atmayıb, qərar qəbul etməyib.

Bundan başqa, Azərbaycanın hərbi xərcləri azaltmağı və ordu sıralarında ciddi təşkilati-struktur yerdəyişmələri edəcəyi ilə bağlı iddia absurd olmaqla yanaşı, bu yalanın hərbiyyədən çox uzaq insanlara hesablandığı aşkardır.
İstənilən orduda ciddi dəyişikliklər gizli, üstüörtülü şəkildə aparılmır və aparıla da bilməz. Belə struktur islahatları barədə hökumət qərar qəbul edir, parlamentdə müzakirələr aparılır, sonra işə başlanılır. Və heç bir ölkə indiyədək silahlı qüvvələrindəki ciddi yerdəyişmələri sirr saxlaya bilməyib.
Azərbaycanda paradoksun yaşanacağını iddia edənlər də məhz plebey təfəkkürlü şüarlara xitab etməyə çalışdıqlarından niyyətləri uğursuzluqla bitib.

Niyə məhz indi?

Əsas sual da budur. Azərbaycanın Silahlı Qüvvələrində aparılan islahatlar, ordumuzun döyüş hazırlığı səviyyəsi və təminatının dəfələrlə artırılması, dövlət büdcəsində müdafiə xərclərinə ayrılan vəsaitin qlobal maliyyə böhranına rəğmən azaldılmaması, yerli hərbi-sənaye kompleksinin yaradılması istiqamətində atılan addımların artıq ciddi və real nəticələr verməsi, döyüş bölgəsində və münaqişə zonasındakı təmas xəttində düşmənin əsgərlərimizə açdığı hər atəşə çox ağır, sarsıdıcı cavabların verilməsi Ermənistanı təşvişə salmaya bilməzdi.

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmayacağı təqdirdə Azərbaycanın hərbi əməliyyatlara başlayacağını bilir, müharibənin yenidən alovlanmasını istəmir: rəsmi Yerevanın bütün aqressiv bəyanatlarına, bravur çıxışlarına və sərsəm vədlərinə rəğmən.
Məhz buna görə də düşmənimiz ordumuzla bağlı şayiələr yayır, cəmiyyətimizdə nigaranlıq, narahatlığın yaranmasına çalışır və məqsədə çatmaq üçün azərbaycanlı olsalar da, Azərbaycanı bu və digər səbəblərə görə hədəfə alan, ya da almağa hər an hazır olanları sözdə tərəfdar, işdə isə buyruq qulu seçirlər.

Azərbaycanda "qiyam" ssenarisinin puç olduğunu görənlər kənardakı qüvvələrə, havadarlara üz tutublar.
Həmin havadarlardan biri Ermənistan olsa da, bəhz etdiyimiz fiqurlar üçün əhəmiyyəti yoxdur. Çünki həmin quvvələr üçün nə Azərbaycan önəmlidir, nə xalq, nə də dövlət.
Əsas ambisiyalar, puldur.
Pulu düşmən versə də...

Elçin Alıoğlu
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

17 ildən sonra altı əkiz doğdu - FOTO

25 May 2017 22:38

Azərbaycanlı aktyor ona böyrək verənin kimliyini açıqladı - FOTO

25 May 2017 22:37

Populyar model diqqət mərkəzində idi - FOTO

25 May 2017 22:32

Filippində 31 İŞİD silahlısı zərərsizləşdirilib

25 May 2017 22:27

Bakıda ağır yol qəzası baş verib

25 May 2017 22:22

Bu əməllə ailənizin 10 nəfərinə şəfaət verə bilərsiniz

25 May 2017 22:22

Masallıda evlər çökür - Bir neçə ailə evakuasiya olundu - FOTOLAR

25 May 2017 22:18

Hər hansı heyvanı saxlamağın düşər-düşməzi var?

25 May 2017 22:17

Xəyyamın dəbdəbəli toyundan İLK GÖRÜNTÜLƏR -

25 May 2017 22:17

Azərbaycanlı milyarderin oğlu Rusiyanın ən zəngin varisi oldu

25 May 2017 22:12

Neftin qiyməti 60 dolları aşacaq

25 May 2017 22:12

İşıq saçan bitki ixtira edildi

25 May 2017 22:12

Ekspert: Neftin qiyməti bir barrel üçün 60 dollar həddini aşacaq

25 May 2017 22:08

"From Zero to Ceo" konfransı keçiriləcək

25 May 2017 22:06

Xəyyam Nisanovun toyunda nələr baş verir? - VİDEO - FOTO

25 May 2017 22:05

Rəqsanə ad gününü qeyd edir - FOTO

25 May 2017 22:05

“Səhər 6-dan gecə 1-ə kimi qulluğunda dururam" - "Toppuş bacı"

25 May 2017 22:05

Serial ulduzu Portuqaliyada dincəlir - FOTO

25 May 2017 22:05

Gözəl aktrisa rep deməklə hər kəsi təəccübləndirdi - VİDEO

25 May 2017 22:03

"Qalatasaray"ın sabiq baş məşqçisi Dubayda çalışacaq

25 May 2017 22:02

Nişanı qayıdan ATV aparıcısı: "Bu əllərimi başqası tutmasın..."

25 May 2017 21:57

Bakalavr, magistr və doktorantların nəzərinə -

25 May 2017 21:56

Oturaraq ən çox pul qazanan 16 peşə sahibi - FOTO

25 May 2017 21:52

Saç dərisində kəpəyə və göbələklərə qarşı VASİTƏ

25 May 2017 21:52

Şamaxıda baş verən təbii fəlakətlə bağlı RƏSMİ AÇIQLAMA

25 May 2017 21:48

Beynəlxalq koalisiyanın Mosula endirdiyi hava zərbəsi nəticəsində 101 dinc sakin həlak olub

25 May 2017 21:47

Həftədə 22 badam xərçəng riskini 57% azaldır

25 May 2017 21:47

"Beşiktaş"ın Mancukiç arzusu puç oldu - RƏSMİ

25 May 2017 21:47

Uşaqlara oruc ibadətini necə başa salmaq lazımdır?

25 May 2017 21:42

Oruc tutmayanların iftar məclisinə getməsi düzgündürmü? –

25 May 2017 21:38

"Ceyms Bond" istirahətdə - FOTO

25 May 2017 21:32

Şamaxı İcra Hakimiyyətindən selin fəsadları barədə

25 May 2017 21:29

Müsəlmanlar üçün xüsusi mobil tarif hazırlanır

25 May 2017 21:28

“Bəri başdan pul alırdım ki, vaxt itməsin”: Bakıda dələduz tutuldu - VİDEO

25 May 2017 21:27

"Liverpul"un qapıçısı karyerasını bitirdi

25 May 2017 21:27

Güzəştli mənzil əldə etmək üçün tarix açıqlandı - QEYDİYYAT BAŞLAYIR - VİDEO

25 May 2017 21:22

Avtobus dayanacaqlarını zəbt edən taksilər - "Memar Əcəmi dairəsi"ndə xaos - VİDEO

25 May 2017 21:22

Haqq əhlini batil əhlindən necə ayırmaq?

25 May 2017 21:22

Buranın yolları acınacaqlı vəziyyətdədir - VİDEO

25 May 2017 21:22

Yunanıstanda sabiq baş nazirin avtomobili partladılıb

25 May 2017 21:22

"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil" -

25 May 2017 21:20

Bakıda kompüter oğruları kameraya düşdü - VİDEO

25 May 2017 21:17

Cəlilabadlılar 24 min saxta manatla tutuldular - VİDEO

25 May 2017 21:17

Həzrət Fatimə xütbə söyləmişdi?

25 May 2017 21:17

Dərs bölgüsü zamanı bunlar əsas götürüləcək - VİDEO

25 May 2017 21:17

Qocalmağa qoymayan NADİR MADDƏ: alfa lipoikin İNANILMAZ FAYDALARI

25 May 2017 21:12

Bitcoin-in qiyməti 2500 dolları keçdi

25 May 2017 21:12

Orucluqda nələrə diqqət etməliyik? - məsləhətlər

25 May 2017 21:12

Hüceyrə çirklənməsi arıqlamağa mane olur

25 May 2017 21:12

Federasiya rəhbəri gənc qızları barda döydü - VİDEO

25 May 2017 21:12