Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“BHP Billiton” ABŞ-da şist nefti və qazı hasilatına yönələn sərmayələrində 7,2 milyard dollar itirib

“BHP Billiton” ABŞ-da şist nefti və qazı hasilatına yönələn sərmayələrində 7,2 milyard dollar itirib

Azərbaycan nefti bahalaşdı (24 Mart 2017 12:37)
Azərbaycan nefti bahalaşdı (24 Mart 2017 12:24)
Azərbayan nefti bahalaşdı (24 Mart 2017 11:59)

Tarix: 16 Yanvar 2016 19:48


Bakı, 16 yanvar, Nihad Budaqov, AZƏRTAC
Mərkəzi ofisi Avstraliyada olan “BHP Billiton” enerji şirkəti ABŞ-da şist nefti və qazı hasilatına yönələn sərmayələrində 7,2 milyard dollar itirdiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, 2011-ci ildə 20,6 milyard dollarla ABŞ-da şist nefti və qazına ən böyük investisiya yatıran “BHP Billiton”un səhmləri xam neftin qiymətinin ucuzlaşması ilə əlaqədar son 11 ilin ən böyük dəyər itkisi ilə üzləşib.
Qeyd edək ki, neftin qiymətinin ucuzlaşması hasilatçı şirkətlərin axtarış əməliyyatlarının dayandırılmasına və investisiya layihələrindən imtina etmələrinə səbəb olur. Gəlirləri 70 faiz azalan dünyanın ən böyük enerji şirkətlərindən biri olan “Royal Dutch Shell” isə keçən il Arktikadakı neft axtarışlarını dayandırdığını açıqlamışdı. Bundan başqa, 2015-ci ildə dünyada neft sektorunda işsiz qalanların sayı 258 min nəfəri ötüb.

Teqlər:  BHP Billiton ABŞ-da şist nefti qazı hasilatına yönələn sərmayələrində milyard dollar itirib



RƏYLƏR


Top xəbərlər