Məşhur futbolçuya inanılmaz təklif (FOTO)

Məşhur futbolçuya inanılmaz təklif (FOTO)
19:51 16 Yanvar 2016
68 İdman
Ölkə mətbuatı
A- A+

Fransanın PSJ klubu "Barselona"nın ulduzu Neymarı alaraq transfer bombasını partlatmağa hazırlaşır.

ANS PRESS-in məlumatına görə, parislilər mövsümün sonunda "sambaçı"nı heyətinə qatmaq fikrindədir.

PSJ "Barselona"nın braziliyalı futbolçusu Neymara Kriştiano Ronaldonu transfer edə bilmədikdən sonra göz tikib. PSJ-nin yayda "Real"ın ulduzu üçün 120 milyon avro təklif edəcəyi bildirilirdi. Lakin FIFA-nın "Kral Klubu"na transfer qadağası qoyması planların dəyişməsinə səbəb olub. Artıq Madrid klubunun bu vəziyyətdə Ronaldonu nə olursa-olsun satmayacağı dəqiqdir.


Kriştiano Ronaldo

Fransanın "L`Equipe" dərgisinin iddiasına görə, Paris təmsilçisinin "Barselona" ilə 2018-ci ilədək müqaviləsi olan braziliyalı ulduz üçün 100 milyon avro təklif olunub.

Onu da qeyd edək ki, Neymar cari mövsümdə "Barsa" forması ilə meydana çıxdığı 22 qarşılaşmada 18 qol vurub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369902

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR