Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Koreya 5G texnologiyasını istifadəyə verməyi planlaşdırır

Koreya 5G texnologiyasını istifadəyə verməyi planlaşdırır

Date: 16 January 2016 19:58


Bakı, 16 yanvar AZƏRTAC
Koreya Respublikası bu onilliyin sonunadək bütün ölkə ərazisində 5G texnologiyasını istifadəyə verməyi planlaşdırır.
AZƏRTAC “cnet.com” saytına istinadən xəbər verir ki, yoxlamalar 2017-ci ildə reallaşdırılacaq. Bunun üçün Koreya hökuməti 1,5 milyard dollar vəsait ayırıb.
Qeyd olunub ki, yeni xidmət əvvəlkindən daha güclü olacaq. Belə ki, 5G ilə saniyədə 1 geqabayt (Gb) məlumat ötürmək mümkündür. Bu mobil əlaqə xüsusən də bədii filmlərin yüklənməsi üçün çox sərfəli olacaq. Əgər 4G ilə 800 Mq-lıq film 40 saniyəyə yüklənirdisə, 5G ilə bu film bir saniyəyə yüklənəcək.
 

Tags:  Koreya 5G texnologiyasını istifadəyə verməyi planlaşdırır


RƏYLƏR


Top news